Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29188
az

SON DƏQİQƏ! Avropa Şurasında Qarabağla  bağlı Ermənistanı məyus edəcək qərar

10:4920 Aprel, 2020
1399
QARABAĞ
  • A

Avropa Şurası Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”lə bağlı mövqeyini açıqlayıb.

Oxu24.com  xəbər  verir    ki,“Report”un Fransa bürosunun sorğusuna cavab olaraq qurumun Kommunikasiya Direktorluğundan bildiriblər ki, Avropa Şurası Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i tanımır. 

Direktorluqdan vurğulanıb ki, Avropa Şurasının Nazirlər Komitəsi və Parlament Assambleyasının müvafiq qərar və sənədlərində qeyd edildiyi kimi, Avropa Şurası Azərbaycan da daxil olmaqla, bütün üzv ölkələrinin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətə tam sadiqliyini dəfələrlə bəyan edib.

“Avropa Şurasının prinsipial və məlum mövqeyi ondan ibarətdir ki, üzv ölkənin konstitusiya nizamına zidd və ya ondan kənar təşkil edilən istənilən seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur və hüquqi tanınmamalı və ya hesab edilməməlidir. Bu mövqe Dağlıq Qarabağda keçirilmiş son qondarma “seçkilər”ə münasibətdə də keçərlidir” - qondarma “seçkilər”lə bağlı Avropa Şurasının mövqeyinə dair məlumatda bildirilib.

Qeyd edilib ki, Avropa Şurası münaqişənin dinc nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun səylərini tam şəkildə dəstəkləyir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Ağdamın işğaldan azad olunmasından 4 il ötür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu əlamətlər varsa, öd kisəniz işləmir - Nə etməli?
Dələduzluğa görə axtarışda olan 13 nəfər tutuldu