Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2918
az

"Futbol diplomatiyası"nda Putin topu kimə atacaq? - ŞƏRH

12:2114 İyun, 2018
1675
SİYASƏT
  • A
Rusiyada baş tutacaq Dünya Kubokunun açılışı münasibətilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənmistan baş naziri Nikol Paşinyan Moskvaya yollanıblar. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Paşinyanla görüş keçirəcəyi gözlənilir. KİV-lərin məlumatına görə, görüş üçtərəfli formatda keçirilməyəcək.

Faktiki olaraq, mayın 14-də Soçidə baş tutan görüşdən sonra, bu, son bir ay ərzində Paşinyan və Putin arasında ikinci görüş olacaq. Soçi görüşündən sonra, Rusiya hakimiyyətinin Ermənistan hökumətinin erməni icması arasındakı nüfuzundan xoşlanmadığı, baş verən hadisələrə erməni hakimiyyətinin legitimliyinin tanınması kimi baxaraq müsbət yanaşmadığı məlumdur.

Məsələ burasındadır ki, baş verən inqilabdan sonra Rusiya Paşinyan rəhbərliyindəki hökumətin qərbyönlü siyasətini bəyənmir və buna uyğun adekvat cavab tədbirləri hazırlayır. Prezident İlham Əliyevin Paşinyan və öncəki Sarkisyan hakimiyyətindən fərqli olaraq, istər iqtisadi, istərsə də hərbi sahədə Rusiya ilə əməkdaşlığı strateji səviyyəyə çatdırması, ölkələr arasında ən çətin məsələlər ətrafında belə səmimi müzakirələr aparmağa imkan verir. Yalançı və çoxgedişli oyunları sevən Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya ilə qarşılıqlı hörmət əsasında münasibətləri inkişaf etdirir.

Paşinyanın inqilabdan öncəki və sonrakı bəyanatları, o cümlədən Soçidəki gərgin danışıqları fonunda baş tutacaq tədbir çərçivəsində, İlham Əliyevin Rusiya prezidenti tərəfindən daha yüksək qarşılanacığını deyə bilərik. Yüksək qarşılanma deyərkən, biz rəsmi qarşılanma mərasimləri kimi tədbirləri deyil, Qarabağ ətrafındakı danışıqları nəzərdə tuturuq.

Rəsmi olaraq, açılamanmasa da ikitərəfli, hətta deyərdim gizli olaraq keçirilməsi ehtimal olunan Əliyev-Putin-Paşinyan üçtərəfli görüşündə Qarabağ məsələsinin həlli müzakirə edilə bilər. Tarix bir dəfə Türkiyə-Ermənistan protokollarında rəsmi İravana "futbol diplomatiyası"nın əks üzünü göstərib və bu dəfə də bu proses Rusiyada baş verəcək.

Məhz, Paşinyan hökumətini legitim hakimiyyət kimi tanımaq niyyətində olmayan Putin, İrəvanda baş verən hadisələrə cavab verməyi düşünür. Ən azından ABŞ-da keçirilməsi nəzərdə tutulan görüşdən öncə, Putinin gizli bir gediş edəcəyi mümkündür. "Futbol diplomatiyası"nın, ABŞ-da baş tutması ehtimal edilən Qarabağ danışıqlarına nə dərəcə təsir edəcəyini müəyyənləşdirmək isə sual altındadır. Çünki, nəinki aparılacaq danışıqların formatı, hətta görüşün baş tutacağı belə müzakirə edilmir. Amma hər halda Putinin topu ABŞ-a atmayacağı şübhəsizdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"
Qərb qüvvələrinin Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı