Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29153
az

Cənazə üzərində olan it

20:4919 Aprel, 2020
431
CƏMİYYƏT
  • A

"Məadşünaslıq" kitabının müəllifi Əllamə Seyyid Muhəmməd Hüseyn Hüseyni nəql edir: "Hüseyn Ehsan adlı bir dostum var idi. Qış aylarında 6 ay Kərbəlaya gedərdi, orada onun tibb müəssisəsi var idi. Çox xeyirxah bir insan idi. Yoxsullardan pul almazdı.

Ziyarət etmək üçün Kazımeynə gedir və Dəclə kənarında görür ki, bir cənazə gətirirlər. Cənazəni aşağı salıb çiyinlərinə götürürlər. Onu İmam Kazım (ə) ilə İmam Cavadın (ə) hərəminə tərəf aparırlar.

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, cənazənin ardınca gedir və görür ki, qara rəngli qorxulu bir it cənazənin üstündə əyləşmişdir. Təəccüb edir və öz-özünə deyir ki, niyə o it cənazənin üstündədir? Ancaq diqqət etmir ki, həmin it onun bərzəx bədəninin üzərindədir, nəinki dünya bədəninin.

Yanında olan insanlar soruşur ki, cənazənin üstündə nə vardır?

Deyirlər ki, heç nə. O zaman başa düşür ki, həmin it cənazə sahibinin bərzəx aləmindəki halıdır. Artıq bir şey demir. Cənazəni hərəmə çatdıran zaman həmin it cənazədən yerə enir və hərəmin bir küncündə dayanır. O zaman ki, cənazəni təvaf edib gətirirlər, it yenə cənazənin üstündə əyləşir.

Məlum olur ki, cənazə sahibi günahkar bir insandır ki, onun bərzəx aləmindəki siması it simasındadır.

Ona görə də hər kim öləndən sonra xoş aqibətə malik olmaq istəyirsə, gərək bu dünyada etdiyi əməl və rəftarlarına diqqət etsin. Allahın qəzəbinə düçar olmasın".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oynaq ağrıları
İnsanlar və pişiklər arasındakı münasibətin tarixi: 12 min il...
Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı