Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29088
az

Türkiyə yerli mexaniki süni tənəffüs aparatı istehsal etdi

18:2018 Aprel, 2020
685
DÜNYA
  • A

Türkiyənin Milli Müdafiə Nazirliyi yerli mexaniki süni tənəffüs aparatı istehsal edib.

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Makina və Kimya Sənayesi Təşkilatı (MKEK) tərəfindən yerli və milli imkanlardan istifadə edilərək, “Səhra” adı verilən mexaniki süni tənəffüs aparatı istehsal edildiyini bildirib.

Türkiyənin koronavirus ilə güclü mübarizə apardığını deyən nazir Milli Müdafiə Nazirliyinin də bu mübarizədə üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirməyə çalışdığını vurğulayıb:

“Bu mübarizədə uğur qazanmaq üçün lazım olan hər şeyi etdik və etməyə də davam edirik.”

H.Akar Müdafiə Nazirliyinin imkanlarını inkişaf etdirərək qoruyucu tibbi ləvazimatların istehsalında əhəmiyyətli addımlar atdıqlarını qeyd edib:

“Maskalar, kombinezonlar, dezinfeksiyaedici maddələrin istehsalı davam edir. İstehsal gücümüzü gündən-günə artırırıq. Silahlı Qüvvələrimizin, Səhiyyə Nazirliyi vasitəsilə isə xalqımızın ehtiyaclarını ödəməyə davam edirik. Digər tərəfdən, dost və müttəfiq ölkələrin ehtiyaclarını ödəmək üçün Cənab Prezidentimizin tapşırıqlarına uyğun olaraq lazımi tədbirləri davam etdiririk. Eyni zamanda, dizaynı və istehsalı tamamilə yerli və milli olan “Səhra” mexaniki süni tənəffüs aparatını da istehsal etdik. Bu bir prototipdir. Yaxın günlərdə əməkdaşlarımız onun üzərində çalışaraq daha da təkmilləşdirəcəklər. Səhiyyə Nazirliyində müvafiq şöbələr və digər qurumlar tərəfindən təsdiqlənmə prosesi var. Bu prosesi mümkün qədər sürətləndirməklə kütləvi istehsala başlayacağıq.”

Nazir həmçinin “Səhra”nın dünyadakı oxşar cihazlardan daha ucuz başa gəldiyini və hədəflərinin həftədə 500 ədəd mexaniki süni tənəffüs aparatı istehsal etmək olduğunu deyib. Akar tamamilə yerli və milli imkanlarla istehsal olunan cihazın dizaynında və istehsalında əməyi olanları təbrik edib:

“Bir tərəfdən Silahlı Qüvvələrimizin, digər tərəfdən isə dəyərli insanlarımızın ehtiyaclarını ödəmək üçün Səhiyyə Nazirliyi ilə əlaqəli şəkildə fəaliyyətimizi davam etdirəcəyik".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pakistanda helikopterQƏZASI - 6 nəfər ÖLDÜ
İraqda üçgünlük matəmELAN EDİLDİ
İsrail Əhmədi də öldürdü

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO