Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
29032
az

Ən dadlı qatığı özünüz hazırlayın

20:1617 Aprel, 2020
482
CƏMİYYƏT
  • A

Öz əlinizlə qatıq hazırlamaq istəyirsinizsə, bu üsulu sınayın.

Oxu24.com xəbər verir ki, ən dadlı qatığı aşağıdakı qaydada hazırlayırlar: Südü konus formalı, təmiz çuqun qaba süzürlər (dərhal sağdıqdan sonra). Ən cüzi çirk belə məhsulun korlanmasına səbəb ola bilər. Bundan başqa, ən mühüm şərtlərdən biri də qaba yuxarıdan işığın düşməməsidir. Bu, məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bundan sonra südü vam odda qaynadırlar və köpük əmələ gələndə qırağa çəkirlər. Qaynanmış südü əvvəlcədən hazırlanan yerə qoyurlar. Qabın yerini dəyişdirmək, südü qəti qatışdırmaq olmaz. Süd soyuyur və onun temperaturu 25 dərəcəyə çatdıqdan sonra üzərində yaranan pərdəni yavaş-yavaş aralayaraq həmin "girişdən" südün içinə ehtiyatla çalası (maya) əlavə edirlər. Maya üçün boyat qatıqdan (5-6 dəfə su qatılmış) istifadə edirlər. Maya qabın dibinə çatmalıdır. Bundan sonra çuqun qabı qapaqla örtüb, istilik üçün təmiz dəsmala bükürlər.

Bir sutkadan sonra qatıq hazırdır. Öz-özünə, yəni mayasız turşuyan südə bizlərdə "şeytan qatığı" deyir, belə qatığı yemirlər. Qatığın orqanoleptik göstəriciləri hansı heyvanın südündən qoyulmasından asılıdır.

Camış qatığı inək qatığından daha qatı, yağlı və ləzzətlidir. Camış qatığından yüksək keyfiyyətli kəsmik hazırlayırlar. Qoyun südündən alınan qatıq öz orqanoleptik keyfiyyətlərinə görə camış qatığından heç də geridə qalmır, lakin onun turşuluğu daha yüksəkdir

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmişlidə evdə yanğın oldu
Ağsuda asfalt çökdü: hər iki istiqamətdə yol bağlandı
Bu yolda yarımdairə ləğv edilir - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda 3 qadına xəsarət yetirən şəxs tutuldu