Həmçinin oxu: Prezident 190 manat alacaq şəxslərin sayını 200 mindən 600 minə çatdırdı
“Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.
Oxu24.com -un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, Operativ Qərargah torpaq sahəsi olan işsiz insanlara 190 manatın verilməməsi ilə bağlı məsələyə yenidən baxmalıdır:
“Kiminsə kənddə pay torpağını becərib-becərmədiyini öyrənmək elə çətin deyil. Kimsə dövləti aldatmaq istəsə, qara paltarlı oğlan mütləq onun yanında dayanacaq”.
Deputat Razi Nurullayev isə qaz və işıq sərfiyyatının ehtiyacı olan insanlar üçün sıfırlanmasının tərəfdarı olduğunu deyib. O bildirib ki, bunlar, sadəcə, işsiz kimi qeydiyyata düşən şəxslər olmamalıdır: “Bu məsələni bir həftə ərzində aydınlaşdırmaq mümkündür. Eyni zamanda kiminsə adına torpaq varsa, ona yardım düşməməsi normal deyil. Bu məsələlər həll olunmalıdır”.
Deputat Fazil Mustafa isə təklif edib ki, 27 və ya 28 apreldə Milli Məclisin növbəti iclası keçirilsin: “Müstəqil dövlətimizin süqutunun 100 illiyinə münasibət bildirməliyik. Heydər Əliyev də bəyan edib ki, biz işğal nəticəsində müstəqilliyimizi itirmişik”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.
Oxu24.com
ŞƏRHLƏR