Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28999
az

Koronavirusun insanlara İNANILMAZ TƏSİRİ - Hər kəs bu YUXUNU GÖRÜR

11:5917 Aprel, 2020
939
MARAQLI
  • A

ABŞ və İtaliyada aparılan sorğu nəticəsində məlum olub ki, karantin günlərində yuxularında hər gecə kabus görən insanların sayı artıb. Mütəxəssislər hesab edir ki, uzun müddət evdən çıxa bilməyən şəxslərdə stress hormonlarının ifrazı güclənir ki, bu da şüuraltına təsir edir. Dostları və yaxınları ilə görüşə bilməyən insanlar aqressivləşir.

Publika.az xəbər verir ki, bəzi mütəxəssislərə görə, karantin tətbiqinə alışdıqları mühitdən çıxan insanlarda “ilham çatışmazlığı” var. Bu, şüurlatı keçmişin izlərinə dönməyə məcbur edir.

“Pis əhval-ruhiyyəni, xüsusilə də mənfi emosiyaları araşdırarkən sürətli göz hərəkəti edirik. Həqiqətən pandemiya güclü stress və narahatlıq yaradır”, - deyə Boston Universitetinin nevroloqu Patrik McNamara “National Geographic”ə açıqlamasında bildirib.

Lyon Nevroloji Elmi Tədqiqatlar Mərkəzinin araşdırmasına görə, koronavirus epidemiyası səbəbilə insanların yuxularında keçmişə qayıtma halları 35 faiz artıb, respondentlərin 15 faizi əvvəlkindən daha pis yuxu gördüklərini etiraf edib.

Roma Universitetinin professoru Luici de Gennaro epidemiya və zəlzələ kimi hadisələrin şüuraltına təsirinə diqqət çəkib:

“2009-cu ildə L'Aquilla zəlzələsindən sonra sağ qalanlarla apardığımız araşdırmada yuxu pozğunluğu və kabus vəziyyətinin zəlzələnin episentri arasındakı məsafəyə görə dəyişdiyinə dair nəticəyə gəldik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR
Rusiyada 50 min yaşı olan unikal tapıntı- Video
Mandarin ördəyi haqda maraqlı FAKTLAR

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu