Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28991
az

Azərbaycanın hava məkanının açılması ilə bağlı RƏSMİ AÇIQLAMA +VİDEO

09:4317 Aprel, 2020
1466
ÖZƏL BÖLÜM
  • A

“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər. Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”.

Oxu24.com -un   məlumatına görə, bunu dünən  Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, karantin rejiminin aradan qaldırılmasının avtomatik xarakter daşıya bilməz, birdən-birə əvvəlki həyat tərzinə qayıda bilmərik. Çünki virusa qarşı vaksin hələ tapılmayıb. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyəsi odur ki, karantin rejimindən çıxma tələskən xarakter daşımamalıdır. ÜST tərəfindən koronavirusun yoluxması 3 - xaricdən idxal, icma halında və daxili yoluxma kateqoriyasına ayrılıb: “Azərbaycanda əvvəl xaricdən idxal, daha sonra icma və sonda daxili yoluxma baş verib. Ona görə də qonşu dövlətlərlə anlaşma və məsləhətləşmə ilə Azərbaycanın quru sərhədləri bağlanıb və beynəlxalq uçuşlar dayandırılıb. Xaricdən idxal olunma köklü şəkildə azalıb, bu da daxili yayılma hallarının təftiş olunma imkanlarını artırıb”. 

Prezidentin köməkçisi son günlər bəzi vətəndaşlarımızın Samur keçid məntəqəsində aidiyyəti orqanların fəaliyyətinə maneə yaratmaq cəhdləri kimi arzuedilməz halların baş verdiyini də qeyd edib:

“Xaricdəki vətəndaşlarımızın mütləq əksəriyyəti tərəfindən bu tədbirlər yüksək dəyərləndirilir, anlaşılan qarşılanır. Ancaq müstəsna hallar da olur. Sərhəd-keçid məntəqələri qarşısında toplanma, sosial şəbəkələrdə çıxışlar yolverilməz hallardır”. 

Hikmət Hacıyev vurğulayıb ki, Rusiyadakı soydaşlarımızın Azərbaycana gətirilməsində növbəlilik yaradılması üçün “Evə gedirəm” portalı yaradılıb. Portalda həm quru, həm də hava yolu ilə qayıdış təklif olunacaq. Qarşıdakı günlərdə portal aktiv fəaliyyətə başlayacaq. Soydaşlarımız bu portalda qeydiyyatdan keçəcək və onların növbəlilik ardıcıllığı ilə müəyyən qruplar şəklində ölkəyə keçməsi təmin olunacaq. Hər dəfə 200-400 sayda Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi nəzərdə tutulub. Portal fəaliyyətə başladıqdan sonra 5 gün ərzində müraciətlər qəbul ediləcək. Sonra 5 gün ərzində portalın fəaliyyəti dayandırılacaq və növbəlilik ardıcıllığı ilə qayıdış təmin olunacaq. 

Hikmət Hacıyev əlavə olaraq Rusiyada səfirlikdə yaradılan qaynar xəttə 550-yə yaxın vətəndaşın müraciət etdiyini və həmin vətəndaşların sistem vasitəsilə qeydiyyatdan keçməklə gələ biləcəklərini qeyd edib.

Ölkə daxilində uçuşların bərpa olunması məsələsinin də müzakirə olunduğunu deyən şöbə müdiri Naxçıvanın Ermənistan dövlətinin yürütdüyü siyasət nəticəsində blokada olduğunu və pandemiya müddətində Naxçıvandakı vətəndaşların zəruri tələbatının  həyata keçirilməsi üçün bütün tədbirlər görüldüyünü qeyd edib. Bildirib ki, Naxçıvanla Bakı arasında aviauçuşların bərpa olunması məsələsinə baxıla bilər. Amma burada karantin rejimi ilə bağlı vəziyyət də nəzərə alınmalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da qlobal pandemiyanın aradan qaldırılması üçün Azərbaycanın misilsiz tədbirlər gördüyünü və həmin tədbirlərin töhfə verdiyini deyib. Bildirib ki, xaricdə olan Azərbaycan vətəndaşlarına da ilk gündən dəstək göstərilib və daxil olan müraciətlər aidiyyəti üzrə dövlət qurumlarına göndərilib. F.Muradov ümumilikdə 47 ölkədən 5104 müraciət daxil olduğunu, 1942 nəfərə müxtəlif yardımlar edildiyini qeyd edib: "24 saat ərzində bütün müraciətlər qəbul olunub, gündəlik olaraq Operativ Qərargaha verilib. Yaranmış vəziyyətdən sui-istifadə edən ayrı-ayrı şəxslərin destruktiv fəaliyyətinin qarşısının alınması üçün işlər görülüb. Çətin vəziyyətə düşən, müraciət edən vətəndaşların əksəriyyətinə fəal iş adamlarımız və diplomatik korpuslar vasitəsilə gündəlik iaşə, ərzaq, qalma yeri ilə bağlı yardım göstərilib. Onların elektron formada geri qayıtmasının həyata keçirilməsi üçün bütün dövlət qurumları və ölkələrdəki diaspor fəalları da yüksək şəkildə iştirak edəcək”. 

Komitə sədri son olaraq bildirib ki, bundan sonra da xaricdə olan Azərbaycan vətəndaşları təmkinlə qeydiyyatdan keçərək, ardıcıl şəkildə geri qayıda biləcəklər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi