Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28924
az

Bu şəxslərə birdəfəlik ödəmə verilməsindən imtina edildi

13:1016 Aprel, 2020
440
CƏMİYYƏT
  • A

İşsiz kimi birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət edənlərdən 20 min şəxsin hazırda işsiz olmadığl müəyyən edildi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.

Xatırladaq ki, birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub. Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslərin də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciətlər etmələrinin şahidi oluruq.

Müvafiq elektron informasiya sistemləri üzərindən məlumatların təhlili aparılarkən şəxsin işsiz olub-olmadığı müəyyən edilir və buna uyğun olaraq da obyekitiv qərar verilir.

Qeyd edilən 20 min şəxsin müraciətlərinin emalı zamanı da onların hazırda əmək müqaviləsi əsasında işlədikləri məlum olub. Bu səbəbdən də birdəfəlik ödəmə təyinatından imtina qərarı verilib. Həmin şəxslərə göndərilən mesajda da bu barədə və imtinanın səbəbi barədə məlumat verilir.

Müraciətlərin emalı davam edir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO