Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2885
az

Sarkisyanın Azərbaycana qəfil SƏFƏRİNİN SİRRİ -

13:3913 İyun, 2018
2482
QARABAĞ
  • A
Ermənistan prezidenti Armen Sarkisyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Oxu24.com xəbər verir ki, Sarkisyanın Azərbaycan torpaqlarına gəlişinin Qarabağla bağlı yeni planla əlaqədar olduğu deyilir.

Qarabağdakı qondarma rejimin “prezidenti” Bako Saakyan Xankəndidəki etiraz aksiyalarından sonra “güc strukturlarının rəhbərlərini” istefaya göndərdi, ardınca bəyan etdi ki, o, 2020-ci ildə keçiriləcək “prezident seçkilərində” namizəd olmayacaq.

Erməni siyasi şərhçi Akop Badalyan iddia edir ki, Qarabağda “seçkilər” daha tez keçiriləcək və Sarkisyanın səfəri də bununla bağlıdır.

“Cəbhədə vəziyyət gərginləşir, Azərbaycan bir sıra ərazilərə nəzarəti ələ keçirdiyini açıqladı. Buna paralel olaraq, Xankəndidə “siyasi vəziyyət” qarmaqarışıqdır. Bu kontekstdə Armen Sarkisyanın Qarabağa gedişi diqqət çəkir. Məqdəs Qarabağda vəziyyətə nəzarəti ələ almaqdır”, - deyə o yazıb.

Erməni şərhçi son günlər regionda baş verən hadisələri xatırladıb və qeyd edib ki, Armen Sarkisyanı Qarabağa Bako Saakyan dəvət edib: “Görünür, Qarabağla bağlı hələki məlum olmayan hansısa plan hazırlanır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gözəlliklər diyarına çevrilən Laçından YENİ FOTOLAR
Qarabağ" - "Lion" oyununda hesab açıldı -CANLI / YENİLƏNİR
Bu gün Kəlbəcər Şəhəri Günüdür

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin