Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2874
az

Məhbusların intim həyatı necə təmin edilir? -

10:3213 İyun, 2018
35328
KRİMİNAL
  • A
 Məhbus həyatı yaşayan şəxslərin qohumları ilə görüşü, onların intim həyatı necə tənzimlənir?

Son günlər mətbuatda geniş müzakirələrə səbəb olan məhbusların qaçışı bir sıra mövzuları yenidən gündəmə gətirib. Təqsirləndirilən şəxslərdən biri müğənni Fədayə Laçının ilkin ifadəsində məhbuslardan biri olan "Qoca" ləqəbli Etibar Məmmədovla qatarda görüşdüyünü deməsi müəyyən suallar yaradıb.

Oxu24.com  xəbər verir ki, femida.az bununla bağlı araşdırma aparıb.

Mövzu ilə bağlı sualları cavablandıran vəkil Asif Abdullayev bildirib ki, məhkumların görüşü və digər hallar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində öz əksini tapıb. Məcəllənin 81-ci maddəsində məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşündən bəhs olunur.

"Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə təşkil edilir. Məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi, övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri, qardaşları və bacıları) verilir. Məhkumların xahişi ilə uzunmüddətli görüşlər qısamüddətli görüşlərlə əvəz edilə bilər. Həmçinin məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır."

Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respubliksının Qanununda qeyd olunur ki, həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə istintaq təcridxanalarında saxlanılırlar. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqlarından biri də Daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla, nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etməkdir.

Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər zamanı Daxili intizam qaydalarını pozduqda görüşlər vaxtından əvvəl dayandırıla bilər və bu halda həmin fakt protokollaşdırılmalıdır.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məlumat verib.

Cəzaçəkmə müəssisələrində qanunla nəzərdə tutulmuş qaydada məhbusların ən yaxın qohumları və onlar üçün maraq doğuran şəxslərlə qısa və uzunmüddətli görüşlər nəzərdə tutulur. Bildiyimiz kimi, cəzaçəkmə müəssisələri müxtəlif rejimlidir. Ümumi, ciddi və xüsusi rejimli. Ümumi rejimli cəzaçəkmə müəssisələri də iki növdədir. Az ağır cinayət törətmiş şəxslər və ağır cinayət törətmiş şəxslər üçün. Eyni zamanda, bizdə həbsxanalar var. Orada cəza çəkən hər bir şəxsin qısa və uzunmüddətli görüş hüququ var. Rejimdən asılı olaraq bu görüşlərin müddəti də fərqlidir".

Məhkumların intim görüşü zamanı hər hansı bir tələb varmı? Bu, necə həyata keçirilir?

Şöbə rəisinin sözlərinə görə, əgər məhkumun arvadı, yaxud əri görüşə gəlirsə, nikah haqqında şəhadətnaməni təqdim etməlidir. Həmin nikah haqqında şəhadətnamə əsasında görüşə icazə verilir. Qanunla görüşün müddəti 3 günə qədər nəzərdə tutulub. Bunun üçün onlara görüşmək üçün xüsusi əşyalarla, şəraitlə təmin olunmuş otaq ayrılır. Həmin otaqda yataq dəsti, soyuducu, mətbəx mebeli və digər zəruri əşyalar nəzərdə tutulub.

Bəs, sevgililərin həbsxanada görüşməsinə icazə verilirmi?

Şöbə rəisi buna həbsxanalarda icazə verilmədiyini bildirib.

"Homoseksualların cəzaçəkmə müəssisələrində cinsi tələblərini yerinə yetirmək üçün əlavə şərait varmı?" sualına Mehman Sadıqov belə cavab verib: "Qanunvericilikdə nəzərdə tutulduğu kimi, kişilər onlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisələrində, qadınlar da onlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində cəzalarını çəkir. Sizin qeyd etdiyiniz suala cavab olaraq bildirim ki, homoseksualların şəxsi istəkləri üçün qanunda əlavə hal nəzərdə tutulmayıb. Onlar həmcinsləri ilə eyni cəzaçəkmə müəssisələrində cəzalarını çəkirlər."

Günün təklif olunan VİDEOSU 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda iş adamı güllələndi - “Hozu Rauf” saxlanıldı
Azərbaycanda dəhşət: 18 yaşlı hamilə qız zəhər içdi
Məhbusların intim həyatı necə təmin edilir? -

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin