Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28689
az

Azərbaycanlı professor koronavirusla bağlı ŞAD XƏBƏRİ ELAN ETDİ: Yaxın bir həftədə... - VİDEO

14:1013 Aprel, 2020
566
CƏMİYYƏT
  • A

Video əlavə olunub.

11:15

“Koronavirus sanki kabus kimi bir tərəfdən insanlığı sınağa çəkir, digər tərəfdən də postpandemik dövrün potensial problemləri ilə onu təhdid edir. Elmə məlumdur ki, hava-damcı yolu ilə yayılan respirator infeksiyaların bir tsikli var. Hər bir yeni yoluxma virusun mutasiyaya uğramış, nisbətən dəyişilmiş yeni serovarı ilə baş tutur. Bu proses uzun müddət davam edə bilməz, hətta heç bir tədbir görülməsə belə! Sadəcə tədbirlər itkiləri azaltmağa və pandemiyanı vaxtında söndürməyə hesablanıb. Yay aylarında artıq postpandemik dövrə qədəm qoymağımız gözlənilir... Koronavirus pandemiyası şoku hələ yaşansa da, proses yaxın bir həftədə dünyada enən xətt üzrə gedəcək”.

Publika.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. O, insanları nikbin və səbrli olmağa çağırıb:

“Xatirimdədir, mən uşaq olanda mahalda, obada dul qadın, əlil adam, tənha yaşayan insanlar hamının diqqət mərkəzində idi. Hamı onlara əl tutar, kömək edər, süfrəsinə dəvət edər, mərhəmət göstərərdi. İnsanlar göstərdiyi mərhəməti kimsənin bilməsini qəti istəməzdi. Hesab edərdi ki, mərhəmət yalnız vicdan qarşısında hesabatdır! İnsanlar arasında onları güvənli edən, insan cildində saxlaya bilən həqiqi bir səmimilik, kişi sözü, etibar, ləyaqət kimi anlayışlar var idi! İnsanlar fədakarlıq və məhrumiyyətlərə sinə gərməklə şərəf və ləyaqətini hər şeydən üstün tutmağa çalışardılar. 50 yaş və yuxarı nəsil bu günləri çox yaxşı xatırlayır.

Bunları niyə yazıram, əziz qardaşlar və bacılar!

Bioloji təhlükə - pandemiya tezliklə ötüb keçəcək. Bəs biz yeni dövrə bu sınaqdan hansı sima ilə çıxacağıq: Bir millət kimi (millət deyəndə bütövlükdə xalqımızı nəzərdə tuturam) bütövləşmiş, güclənmiş şəkildə, yoxsa yeni-yeni münasibət mutasiyaları və derivasiyaları ilə? Gəlin birlikdə düşünək... Uca millətimizə eşq olsun!”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi

Bakıda ev YANIR
Bakı metrosunda qatar yoluna düşən 20 yaşlı oğlanın son durumu- YENİLƏNDİ

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var