Türkiyənin Kahramanmaraş rayonunda 2 həftə öncə qayınanasının evinə "Molotof kokteyli" atdığı deyilən Eshabil Balbars iddiaları rədd edib.
OXU24.COM Milliyet-ə istinadən xəbər verir ki, C.B. və əri Eshabil Balbars yola getmədikləri üçün boşanmağa qərar veriblər.
9 illik həyat yoldaşından 7 yaşında Hayriye və 3 yaşında Duran adlı 2 uşağı olan Eshabil Balbars arvadının başqa bir kişiylə görüşdüyü üçün boşanmaq istədiyini və arvadının təzminat ödəməsi üçün məhkəməyə verdiyini, qayınanasının evini onun yandırmadığını deyib.
Təxminən 3 aydır uşaqlarını görə bilmədiyini söyləyən Balbars "Arvadımın mənə xəyanət etdiyi şübhəsiylə təqib etdim və tapdım. Sübut edincə isə valideynlərinin yanına göndərdim. Sevgilisinə məni döydürdü. Gördüyünüz kimi telefonumda fotosu var, bu insanın mənim qanuni arvadım ilə dağlarda, bağlarda nə işi ola bilər. Onları Allaha tapşırdım" deyib.
Oxu24.com
ŞƏRHLƏR