Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2849
az

Azərbaycan hansı ölkələrdən silah alır? - MARAQLI FAKTLAR

16:0312 İyun, 2018
2498
HƏRBİ
  • A
 "Müxtəlif ölkələrin Azərbaycandakı səfirliklərində hərbi attaşelər var. Bu hərbi attaşelər obyektiv olaraq öz ölkələrinin silahlarını Azərbaycana satmaq istəyirlər. Digər tərəfdən Azərbaycanda istehsal olunan silahların da öz ölkələrinə satılmasında maraqlıdırlar. Ancaq burada bir neçə faktor var ki, hərbi əməkdaşlığa bəzən mane olur".

Oxu24.com  xəbər verir ki, bu sözləri məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu deyib:
 
"Azərbaycan son illərdə Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika alıb. Ancaq silah almaq yetərli deyil. Bundan sonra silahlar yoxlanmalıdır. Digər tərəfdən hərbi texnikanın işlək vəziyyətində olması üçün onun hissələri də Azərbaycana gətirilməlidir. Demək əgər silahlarda müəyyən problemlər varsa və silah alındıqdan sonra ona lazım olan hissələrin Azərbaycana gətirilməsində problemlər çıxarsa, artıq həmin ölkə ilə hərbi əməkdaşlığın miqyası obyektiv səbəblərdən azalmalıdır. Azərbaycan Rusiyadan aldığı silah qədər İsraildən də silah alır. Eyni tələblər İsrailin hərbi texnikası üçün də keçərlidir. Yəni silahlar işlək vəziyyətdə olmalıdır və silahların hissələri daima Azərbaycana gətirilməlidir" deyə ekspert bildirib.

Elxan Şahinoğlu bildirib ki, Türkiyədən silah almaq Azərbaycan üçün də vacibdir:

"Son illər Azərbaycanla Ukrayna arasında da hərbi əməkdaşlıq inkişaf edir. Azərbaycan Ukraynanın istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Eyni ilə Ukraynanın da Azərbaycanda istehsal olunan hərbi texnikaya marağı var. Ukrayna ilə Azərbaycanı daha bir mövzu birləşdirir - separatizmlə mübarizə.
Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Son illərdə Türkiyədə hərbi texnikanın istehsalı artıb. Türkiyədə istənilən silah növü və hərbi texnika istehsal olunur. Ona görə də Türkiyə Azərbaycana daha çox silah sata bilər. Bu Azərbaycan üçün də vacibdir. Çünki Türkiyə NATO ölkəsidir və istehsal etdiyi silahlar yüksək standartlara cavab verir.

Azərbaycan Avropa ölkələrindən Çexiyada istehsal olunan silahlara da maraq göstərir. Doğrudur, Çexiya Avropa İttifaqı və NATO ölkəsidir. Avropa ölkələri Azərbaycana və Ermənistana silah satmırlar. Avropada düşünürlər ki, onların satdığı silahlardan Azərbaycan və Ermənistan bir-birlərinə qarşı istifadə edəcəklər. Buna görə də Cənubi Qafqaz ölkələrinə silah satmaq istəmirlər”.

Günün təklif olunan videosu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar
Hərbi xidmətlə bağlı MÜHÜM AÇIQLAMA

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Bakıda “Range Rover”dən 9400      dollar      oğurlanıb