Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28469
az

Dünya bu tarixdə məhv olacaq? - Şok proqnoz

12:0910 Aprel, 2020
600
DÜNYA
  • A

Dünya alimləri Yer kürəsini gələcəkdə təhdid edəcək təhlükələrlə bağlı bir sıra hesablamalar aparıblar.

Oxu24.com  axar.az-a istinadən xəbər verir ki, hesablamalara görə, müxtəlif illərdə planetimizdə köklü dəyişikliklər baş verəcək və bu da insanlarla yanaşı bütün canlı aləmin həyatına ciddi təsir göstərəcək.

10 min il sonra

Qlobal istiləşmə nəticəsində dəniz suyunun səviyyəsi 3-4 metr yüksələcək. Bəzi alimlər iddia edir ki, dünyada insan qalmayacaq.

13 min il sonra

Yer oxu tərsinə çevriləcək və bu da dünya orbitinin əks tərəflərində yay və qışın gəlməsinə səbəb olacaq.

15 min il sonra

Saxara səhrası tropik iqlimə sahib olacaq və bununla da dünyanın ən böyük səhrası yox olacaq.

20 min il sonra

1986-cı ildə Çernobıl qəzasından sonra tərk edilən ərazilər yaşayış üçün əlverişli olacaq.

36 min il sonra

Kiçik qırmızı planet Ross 248 Günəşə ən yaxın ulduz olacaq.

50 min il sonra

Şimali Amerikanın şərqindəki Niaqara şəlaləsi tamamilə yox olacaq.

100 min il sonra

Kainatdakı ən böyük ulduz olan "VY Canis Majoris" hipernova nəticəsində partlayıb yox olacaq və Dünyanın böyük hissəsi lava altında qalacaq.

200 min il sonra

Havay adalar qrupunda sualtı vulkanın püskürməsi nəticəsində okeanın ortasında bir ada yaranacaq.

300 min il sonra

"VR 104 Pinvhell" nebulasında yerləşən bir cüt ulduz sistemi supernova nəticəsində yox olacaq. Bu partlayış nəticəsində yaranacaq qamma şüaları Yerdəki yaşayış üçün böyük təhlükə törədəcək.

500 min il sonra

Dünyaya qarşısını almaq mümkün olmayan 1 km-lik asteroid düşəcək.

1 milyon il sonra

Dünya vulkanik partlayışların təsiri altına düşəcək və hər şey lava altında qalacaq.

2 milyon il sonra

ABŞ-dakı Böyük Kanyon getdikcə dərinləşəcək.

10 milyon il sonra

Suların yüksəlməsi nəticəsində Afrika qitəsinin bir qismi materikdən ayrılacaq və ayrıca ada olacaq.

50 milyon il sonra

Marsın peyki olan "Fobos" Marsla toqquşacaq.

100 milyon il sonra

Dünya yox olacaq. Saturnun halqası da həmçinin.

250 milyon il sonra

Yer kürəsindəki qitələrdə dəyişiklik olacaq. Kaliforniya sahili Alyaska ilə toqquşacaq. Günəş sistemi Süd Yolu qalaktikasındakı bütün dövrəni tamamlayacaq.

600 milyon il sonra

Dünyada bitki örtüyü qalmayacaq və meşələr tamamilə yox olacaq.

800 milyon il sonra

Dünyada karbon dioksidin səviyyəsi düşəcək. Oksigenin də azalması səbəbindən dünyada yaşayış olmayacaq. Yer kürəsində yalnız təkhüceyrəlilər yaşayacaq.

1 milyard il sonra

Günəş dünyaya şaquli vəziyyətdə baxacaq və bunun nəticəsində də okeanlar yox olacaq.

2 milyard il sonra

Dünyanın daxili nüvəsi ildə 1 mm sürətlə böyüyəcək və bunun nəticəsində də xarici nüvə donacaq. Xarici nüvə olmadan dünyanın maqnit sahəsi yox olacaq və Günəşdən gələn radiasiyalar atmosferi yox edəcək.

4 milyard il sonra

Yerdən 2.5 milyon işıq ili uzaqlığındakı Andomeda qalaktikası bizim qalaktika ilə toqquşacaq.

7 milyard il sonra

Günəş dünyanı tamamilə məhv edəcək.

14 milyard il sonra

Günəş qara planetə çevriləcək və bir daha görünməyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada universitet karantinə bağlandı
Estoniya Ukraynaya qoşun göndərməyi müzakirə edir
Danimarkanın baş naziri F-16-ları Ukraynaya göndərəcəyinə söz verib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər