Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28412
az

Nazirdən əhaliyə pul yardımı ilə bağlı ŞAD XƏBƏR

16:4909 Aprel, 2020
850
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, sosial istiqamət üzrə üçün geniş tədbirləri əhatə edir və bu istiqamətlər üzrə 3 milyard manat vəsait yönəldiləcək. O cümlədən, Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur.

Oxu24.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində bildirib.

Nazir sosial rifahın dəstəklənməsi tədbirlərindən biri kimi işsiz şəxslərə birdəfəlik ödəmənin veriləcəyini deyib. Qeyd edib ki, işi və qazancı olmayan əmək qabiliyyətli şəxslər işsiz şəxslərdir. İşsiz şəxslər qeydiyyata alınmaqdan ötrü elektron qaydada müraciət edirlər.

Bunun üçün elektron müraciət imkanları yaradılıb. Yəni e-sosial.az portalı vasitəsilə bunu edə bilərlər.

Hansı şəxslər ki, internetə çıxışı, elektron qaydada qeydiyyata alınmaq imkanları yoxdur, onlar işsiz kimi qeydiyyata alınmaq üçün olduqları rayon və ya şəhərlərin Məşğulluq Mərkəzlərinə zəng edərək, tələb olunan məlumatları (özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin nömrələri və s.) barədə məlumat verərək də qeydiyyata alına bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan bu ölkəyə başsağlığı verdi
Yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Bakıda ev YANIR

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var