Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28369
az

190 manat birdəfəlik ödəmə almaq istəyənlərin nəzərinə! - VİDEO

09:4209 Aprel, 2020
1245
OXU24 TV
  • A

Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.

 

Azmedia.az ATV-yə istinadla xəbər verir ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu əsasən onlayn qaydada aparılır. İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı telefonla müraciət edə bilərlər.

 

Onlayn qaydada müraciət etmək üçün e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

 

Müraciət şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu daxil etməklə, eləcə də digər bölmələrin doldurulması ilə həyata keçirilir.

 

Birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alınaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafiki müəyyənləşdirilib.

 

Birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərə tətbiq edilən məhdudiyyət aprelin 12-də aradan qaldırılacaq.

 

Qeyd edək ki, işsiz kimi qeydiyyata alınan şəxslərdən hazırda dövlətdən sosial ödəniş alanlara birdəfəlik ödəmə verilməyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var