Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28240
az

Azərbaycan efirində ŞOK anlar: Aparıcı ilə vəkil qırğına çıxdı +VİDEO

13:1007 Aprel, 2020
1918
ŞOU-BİZNES
  • A

Teleaparıcı Rövşanə Ağasəfqızı vəkil Türkel Süleymanlını məhkəməyə verir. Buna səbəb vəkilin Rövşanə xanımın aparıcısı olduğu ARB-nin "Səhər-səhər" proqramı ilə bağlı sosial şəbəkədə mənfi fikirlər yazması və sonda "Tüpürüm sizin missiyanıza" ifadəsilə təhqir etməsi olub.

Oxu24.com  xəbər verir ki, R.Ağasəfqızı bu barədə "Elgizlə izlə" verişində danışıb:

"Türkel mərhum Xalq artisti Nuriyyə Əhmədovaya həsr etdiyim proqrama görə xoşagəlməz sözlər yazıb, "Tüpürüm missiyanıza" yazaraq məni və proqramımı təhqir edib. Məhkəməyə verəcəm. Mən bir Xalq artistinin həyatını göz önünə qoymuşam. Tanınmış xanımdır, həyatı, evsizliyi göz önündə olub. Dəfələrlə təmənnasız efirimdə qonaq olub, bir dəfə xahişini yerinə yetirməmişəm, hayıf çıxır. Oturub verilişimi sona kimi izləyib, səhv axtarır. Nuriyyə xanıma belə etdin, elə etdin... Onun ağrısı sənə qaldı?"

Proqrama zəng edən T.Süleymanlı "Onunla bir düşmənçiliyim yoxdur. Veriliş barədə tamaşaçı kimi fikir bildirmişəm. Şəxsi yazışmamızı götürüb feysbukda paylaşıb və qanun pozub. Onunla dava etmirəm. Nuriyyə Əhmədovaya böyük hörmətim var. Bir şəxsi amili, ailə sirri qalmadı. Hər şeyini açıb göstərdi. O, təmiz insan olub. İnsanın xatirəsinə hörmət edirsənsə, yaxşı danış. Buna fikir bildirmişəm".

T.Süleymanlının 5 apreldə yazdığı statusu təqdim edirik:

"Deməli, efirdə rəhmətlik Nuriyyə Əhmədovadan danışırlar. Aparıcı Rövşanə Ağasəfqızı deyir ki, nahaq Nuriyyə (yəni iş yoldaşlarına yol pulu olmadığını deməyəndə) artıq qürur göstərirdi. Rövşanə, artıq qürur olmur! Qürur ya var, ya yoxdu...
Efirin axırında da lap ürəyim bulandı. Rövşanə deyir ki, bu nə deməkdir, Nuriyyə, prezident təqaüdü alırdın, nə evin var, nə nə geyimin.
Ölənlərin dalınca danışmaqla reytinq yığırsan. Lap gözümdən düşdün. Əlbəttə, yazıq Nuriyyə, sən də indikilərin bir çoxu kimi sənətinlə yaşayıb qürurlu olmasaydın, çalıb-oynasaydın, indi Rövşanə sənə hörmət edərdi...
Verilişin axırında da Rövşanə deyir ki, bu gün biz missiyamızı yerinə yetirdik, Nuriyyə xanımı xatırladıq. Başqan-ayağa dedi-qodu etdin, rəhmətliyə irad tutdun ki, niyə məğrur idi, çalışdın ki, qonaqlardan hansısa intim sirlərini alasan. Tüpürəsən belə missiyaya!" (Bakuvs)

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müğənnidən  canlı efirdə uşaq evinə HƏDİYYƏ – VİDEO
Bu da Rəqsanənin villası - VİDEO
Efirdə şok anlar: Elnarənin oxuduğu yerdə ürəyi getdi  —  VİDEO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi