Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28200
az

SON DƏQİQƏ! Azərbaycanda işləməyən hər bir  vətəndaşa pul veriləcək

18:2806 Aprel, 2020
5844
REDAKTORUN SEÇİMİ
  • A

"Yaxın günlərdə möhtərəm Prezidentimizin imzası ilə Məşğulluq Mərkəzində qeydiyyatdan keçməyən, yəni işsizlərlə bağlı növbəti yardım paketi imzalanacaq".

Oxu24.com  xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, Azərbaycanda qeyri-rəsmi işləyən bütün vətəndaşlara kompensasiya ödəniləcək:

"Koronavirusun vurduğu ziyanlardan biri də işsiz olub, amma heç bir yerdə qeydiyyatda olmayan vətəndaşlardır. Hər dəfə özümüz də vurğulayırıq ki, ölkə hüquqi, qanuni dövlətdir, qanuna əməl olunmalı, işsiz insanlar Məşğulluq Mərkəzində qeydiyyatdan keçməlidir. Birinci paketdə istər iqtisadi, istərsə də sosial müdafiəyə yönələn çox ciddi məsələlər öz əksini tapıb. Hökumətin növbəti paketi işsiz vətəndaşlara şamil olunacaq. Hansı ki, onlar işsizdi, günəmuzd işləyib və heç bir yerdə qeydiyyatda olmayıb. Onların sayı dövlətə məlum deyil. Bu saat hökumətin bütün qurumları bunun üzərində işləyir ki, qısa müddətdə növbəti paket qəbul olunsun.
Əminəm ki, bu vətəndaşlar bir az səbirli olacaqlar. İqtisadi çətinliklər var, həmin insanlar gündəlik işləyib evlərinə çörək qazanırlar. İndi onlar "evdə qal" çağırışına qoşulub və elan olunan karantinlə bağlı evdən çıxa bilmirlər. Bu üzdən onların ciddi problemləri yaranır. Yəni, gündəlik işləyən vətəndaşın ola bilməz ki, problemi yaranmasın. Yaxın günlərdə qeyri-rəsmi işsizlərə də kompensasiya ödəniləcək. Buna əminəm. Prezidentimiz də, hökumətimiz də bunu gözəl bilir və hamı bu istiqamətdə səfərbər olub. Qısa vaxt ərzində bu problem həllini tapacaq və həmin vətəndaşların ailələri də sevinəcək".

Məlahət İbrahimqızının fikrincə, əhalinin ən həssas hissəsi də elə qeyri-rəsmi işsizlərdir:

"Rəsmi qeydiyyatda olanlar müavinət alır. Amma bu insanlar ən həssas və müdafiəsizdir. Ona görə ola bilməz ki, dövlətimiz, dövlətimizin başçısı "evdə qal" çağırışında ən çox problemi ola biləcək, məhz günəmuzd, qeyri-rəsmi işsizləri sevindirməsin".

Günün təklif  olunna  videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər