Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
28124
az

Pullar bu şəxslərə verilir - EKSPERT AÇIQLADI

11:4405 Aprel, 2020
1333
İQTİSADİYYAT
  • A

"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək".

Oxu24.com  xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert yardım paketinin kimlərə şamil olunacağını və hansı illərin təhsil haqqının  ödəniləcəyini açıqlayıb: 

"Kimdir bu həssas əhali qrupu?

Sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupu - əlillər və onlara bərabər tutulan şəxslər sosial həssas qrup hesab olunur. 

Yəni, özü və ya valideyinləri hansısa əlillik qrupuna daxil olursa, onların özləri, övladları və ya himayəsində olan tələbələr təhsil haqqından azad ediləcəklər. 

Deyəcəksiniz ki, onsuz da əlillər prezidentin sərəncamı ilə təhsil haqqından azad edilib. Bəli, elədir, amma 1 və 2 ci qrup əlil, valideynlərindən birini itirmiş, digəri isə əlil olmuş uşaqlar təhsil haqqından azad edilmişdi. İndi isə bu, vəziyyətindən asılı olmayaraq hər kəsə şamil olunacaq. 

Belə ki, valideynləri və ya özü əlil olan şəxslər 2020-ci ilin 2-ci semestr təhsil haqqını ödəməyibsə, onun qalan təhsil haqqı borcu ödənəcək. Amma kimsə ödəyibsə, onun pulu geri qaytarılmır. 

Hətta 2020-2021-ci tədris ili üçün də bu qrupa daxil olanların təhsil haqqı ödəniləcək. 

Nəzərə alsaq ki, bu məqsədlə 40 milyon manat ayrılıb, bu da  yetərli məbləğdir". 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti bahalaşdı
Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası edə biləcəklər
Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı