Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2798
az

Hava ilə bağlı XƏBƏRDARLIQ

14:5011 İyun, 2018
1827
CƏMİYYƏT
  • A
 İyunun 12-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a verilən xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında norma daxilində olan temperatur rejimi və mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə qaz olmayacaq
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
Əlilliyi olan şəxslərin hansı hüquq və imtiyazları var? - VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü