Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ora “Bahadırın bankı” deyirdilər- Milyonçu qardaşlar hakim qarşısında

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Ölüm,sənə ölüm olsun... -Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

XƏBƏR LENTİ

27 Sentyabr 2024
Ceyhun Bayramov ABŞ Prezidenti ilə görüşdü -FOTO
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq
26 Sentyabr 2024
“Allah qorusun”, yoxsa “Tanrı qorusun” - Hansı doğrudur? + İlahiyyatçıdan AÇIQLAMA

""Ənənəvi oktyabr sürprizi", genişmiqyaslı müharibə təhlükəsi..." -Polkovnik KARTLARI AÇDI
Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi oldu -FOTO
Qızıl yeni rekorda imza atdı, gümüş isə KƏSKİN BAHALAŞDI
Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ
Azərbaycan və Ermənistan RAZILIĞA GƏLDİLƏR: Sülh Sazişi üçün... -FOTO/YENİLƏNDİ
Zelenskinin Pensilvaniya səfəri VƏZİYYƏTİ DƏYİŞDİ -Tramp inciyə bilər
Nazirlik rəsmisi Zəngəzur dəhlizinin açılmasından DANIŞDI -FOTO
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ: bunu bilməsəniz...
Prezident Anım Günü ilə bağlı paylaşım etdi -FOTO
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib
BÜTÜN XƏBƏRLƏR
27891
az

Dünyanın taleyi necə olacaq? – Təslim olmaq son deməkdir...

19:4001 Aprel, 2020
798
DÜNYA
  • A

2019-cu ilin dekabr ayı – Çində koranvirus adlı xəstəlik barədə dünyaya məlumat yayılır. Doğrudur bu virus yeni deyildi, sadəcə əvvəllər virus barəsində sadəcə yüngül təssəvvürlər mövcud idi. 2019-un dekabrı ilə hazırkı durumu müqayisə etsək, bir – birinə zidd olan ağ, qara rənglər kimi kəskin fərqlənən vəziyyəti görərik.

Bəs niyə belə oldu?

Bu suala cavab tapmaq elə də çətin olmamalıdır. Çünki heç kimin xəstəliyin yarada biləcəyi təhlükə barəsində məlumatı yox idi. Və ya vardısa da, hadisələrin bu həddə çatacağı, bu qədər insanın koronavirus qurbanı olacağı proqnozlaşdırılmamışdı.

Hazırkı dünya bizim nəsil üçün bəlkə də ilk dəfədir bu qədər təhlükəlidir. İnsanlar təşviş içində, ölkələr karantin vəziyyət elan edib, bütün xarici əlaqələr dayanıb, hətta ölkə daxilində də şəhərlərarası gediş-gəliş dayandırılıb, küçəyə çıxmaq qadağası var. Bu kifayət qədər ciddi və təhlükəli haldır.
Maraqlı məqamlardan biri odur ki, elmin, texnologiyanın inkişaf etdiyi bir dövrdə necə oldu ki, dünya bu cür aciz duruma düşdü? Yəqin tibb elminin inkişaf etməsi, artıq bir çox xəstəliklərə çarə tapılması insanları rahatlaşdırdı. Düşüncə ondan ibarət oldu ki, hazırkı vəziyyətdə bu cür virusun qarşısın asanlıqla almaq olar. Amma fakt göz qabağındadır. Hazırda dünyanın nəhəng dövlətləri belə bu virusun qarşısında aciz qalıb. Təbii ki, hər bir fəlakətin sonu olduğu kimi dünya bu çətin zamanı da arxada qoyacaq.

Pandemiyadan sonrakı dünya necə olacaq?

İndi çox güman ki, bir çoxlarının, ekspertlərin, politoloqların, bir sözlə hər kəsin maraq dairəsində olan məsələ budur. Orta əslərdə dəfələrlə bu tipli yoluxucu xəstəliklər yayılıb, nəticədə xeyli sayda insanın həyatı məhz bu viruslara görə yarımçıq qalıb.

Qara vəba – 1346-cı il ilə 1353-cü il arasında yayılan Qara vəba epidemiyasının 75 il ərzində 200 milyona yaxın insanın ölümünə səbəb olduğu deyilir. Dəqiq sayları bilmək mümkün olmasa da, bu illərdə xəstəlik üzündən Avropa əhalisinin 30 ilə 60 faiz azaldığı bildirilir.

Amerikalı hindular arasında yayılan suçiçəyi – XV əsrdə Amerika qitəsindəki yerli insanlarla təmasa girən avropalı kəşfiyyatçılar burada yaşayan insanlara özləri ilə birlikdə gətirdikləri virusları yoluxdurdular.

“Chickenpox” adlı virus Avropanın üçdə bir hissəsini öldürmüşdü. İmmunitetləri avropalılar kimi inkişaf etməmiş və dərmanları çatışmazlığı olan Amerikalılar üçün heç bir şans yox idi. Milyonlarla insan, yerli əhalinin 90 faizi o dövrdə bu virus nəticəsində öldü öldü. Bu vəziyyət avropalıların Amerika qitəsini müstəmləkə etməsini çox asanlaşdırdı.

Kokoliztli epidemiyası – Meksikada formalaşan bu epidemiya 1520-ci il ilə 1576-cı il arasında təxminən 15 milyon insanın ölümünə səbəb oldu. Xəstəliyə səbəb olan virusun balıqlarda tapılan “salmonella” bakteriyasından qaynaqlandığı düşünülür.

Yeddi fərqli vəba epidemiyası – Sivilizasiya tariximizdə yeddi əsas vəba epidemiyası olub, lakin bunlardan ən ölümcülü 1852-ci il ilə 1860-cı il arasında olub. Virusun əsas səbəbi içməli suyun çirklənməsi idi, ancaq üçüncü dəfə epidemiya yayılana qədər səbəb başa düşülməyib. Uzun müddət insan nəcisi və tullantıları içmə və yemək üçün istifadə olunan su mənbələrinə də tökülüb. Bunun böyük bir fəlakətə çevrildiyi yer o dövrdə Hindistan idi. 2011-ci ildə edilən bir araşdırmaya görə, bu gün də dünyanın çirkli çaylarından biri olan Qanq çayının suyunun 100 mililitrində 1,1 milyard nəcisli bakteriya var. Bu nisbət, yuyuna biləcəyiniz ən pis sudan 500 min dəfə daha çox çirklidir. Hindular bu çayda çimməyin müqəddəs olduğuna inanaraq gündəlik işlərində çay suyundan maksimum istifadə edirlər. Bu səbəbdən, vəba epidemiyası bu bölgədə geniş yayılmış bir xəstəlik növüdür.

Üçüncü vəba xəstəliyi – 1855-ci il ilə 1859-cu il arasında Çində başlayan və dünyaya yayılan virus təkcə Çin və Hindistanda 12 milyon insanın ölümünə səbəb olub. Bu epidemiya Yustinian və Avropanın Qara vəbasından sonra “Üçüncü vəba” adlandırılıb. Təsirləri bir əsr davam edən epidemiya Amerikanın qitəsinə Uzaq Şərqdən siçanlarla keçib. Əvvəlki epidemiyalardan fərqli olaraq, tibb elmi bu xəstəliyin öyrənilməsinə və müalicəvi dərmanların hazırlanmasına imkan verib.

Birinci Dünya Müharibəsi zamanı yatalaq xəstəliyi –1914-1918-ci illər arasında “Typhus” bakteriyasını daşıyan bitlərin yaratdığı epidemiya müharibənin yaratdığı daha bir dəhşət idi. Avropa və Asiyada bu virus səbəbindən 25 milyon insan xəstələndi və xüsusilə Sovet İttifaqı ölkələrində təxminən 3 milyon insan öldü. Qərb ölkələri epidemiyanın nədən qaynaqlandığını başa düşdülər və bitlərdən xilas olmaq üçün tədbirlər görüldü. Şərq ölkələri virusa qarşı daha gec tədbir gördülər və buna görə dünyanın bu hissəsində daha çox insan öldü.

1918-ci il İspan Qripi pandemiyası – Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insan tərəfindən yoluxmuş “H1N1” qrip virusu dünyada yüksək tempraturla müşahidə edilməklə 50-100 milyon arasında sağlam insanın ölümünə səbəb oldu. Bu rəqəm birinci və İkinci Dünya Müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. Virusu digərlərindən fərqləndirən şey, daxil olduğu bədənin immunitet sistemi nə qədər güclü olsa, atəş daha yüksək olardı. İspan qripi tarixin ən böyük fəlakətlərindən biri olaraq qeyd edilib.

1957-ci il Asiya qripi pandemiyası – Çində başlayan virusunun ördəklərdə formalaşaraq insana keçən bir xəstəlik olduğu düşünülür. Asiya qripi adlanan xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub. Elə eyni vaksinlə epidemiyanın qarşısı alındı. Bir ildə virus səbəbi ilə 40 milyon insan peyvənd edilib. Asiya qripi kütləvi peyvəndin əhəmiyyətini və təsirini göstərən ən vacib nümunələrdən birinə çevrildi.

QİÇS virusu – 20-ci əsrin ortalarında, meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə 1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi üçün hələ bir həll yolu yoxdur. Xəstəliyə yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

Yuxarıda qeyd olunan xəstəliklərin statistikasından da aydın olur ki, orta əslərdə baş verən bu tipli pandemiyalar daha ciddi insan itkisinə və dünyadakı siyasi proseslərin dəyişməsinə gətirib çıxarıb. O dövrlərdə tibb elminin inkişafını hazırki dövrlə müqayisə etmək gülünc olardı. Əlbəttə ki, hazırda dünya daha çox inkişaf edib və bu səbəbdən itkilərdə az olacaq. Çox uzağa getməyib ötən əsrdə baş verən və ciddi insan itkisi ilə yekunlaşan qlobal xəstəliklərə nəzər yetirəndə dünyanın bu pandemiyalardan əvvəlki dövlərlə müqayisədə daha az təsirləndiyini qeyd edə bilərik. Amma təbii ki, dünya dövlətlərinin özünə gəlməsi və hər şeyin yenidən əvvəlki kimi olması bir qədər zaman tələb edəcək. Hətta iqtisadi böhranın yaşanması da qaçınılmaz deyil.

Nəzərə alsaq ki, koronavirusun yayılma sürəti olduqca yüksəkdir və hazırda dünyanın 198 ölkəsində virus daşıyıcısı var. Deməli mənzərə elə də ürəkaçan deyil. Məsələn, koronavirus bu ilin sonuna qədər tam yox olsa belə, dövlətlərin əvvəlki münasibətləri bərpa etməsi, gediş-gəlişin, iqtisadi-siyasi əlaqələrin əvvəli kimi olması üçün müəyyən müddət gözləyəcəkləri istisna deyil. Belədə, hər bir ölkənin iqtisadiyyatına ciddi zərbələr dəyəcək. Digər dövlətlərdən aslı iqtisadiyyata sahib olanlar bu prosesi daha ağır şəkildə keçirəcək. Özü-özünü bərpa edə bilənlər, iqtisadi azadlığı olanlar isə daha tez vəziyyətdən çıxa biləcək. Bu aydın məsələdir.

Siyasi sferada nələr dəyişəcək?

Ölkələrin siyasi baxımdan nələrisə ciddi şəkildə dəyişməsi yəqin ki, reallıqdan uzaqdır. Yalnız yuxarıda qeyd etdiyim kimi, iqtisadi durumu yaxşı olmayıb supergüc dövlətlərinə boyun əyməyənlər indi məcbur olub siyasi baxışlarını dəyişə bilərlər. Bu da dünyanın böyük hissəsini əhatə etməyəcək.

Bu pandemiyanın əsas təsir dairəsi Avropa İttifaqı dövlətləri olması ən güclü ehitamallar arasındadır. Çünki hazırki durumda pandemiyadan ən çox əziyyət çəkənlər Avropa ölkələridir. İtaliya, İspaniya, Fransa, Almaniya kimi Avropa nəhənglərinin koronavirus qarşısında aciz qalması danılmaz faktdır.

Bu ölkələr hər nə qədər güclü iqtisadiyyata malik olsalar da, pandemiyadan sonra bərpa prosesi kifayət qədər ağır olacaq. Belədə, Avropa İttifaqının zəifləyəcəyi hətta bəzi ölkələrin qurumu tərk edəcəyi istisna olunmur.

İnsan psixologiyası və turizm bazarının çökməsi

Son illərdə “Quş qripi”, “Donuz qripi” kimi virusların yayılmasına baxmayaraq insanlar koronavirusa hazır deyildilər. Bəlkə də Avropa ölkələrində və Çində insan itkisinin bu qədər çox olması bundan irəli gəlir. İnsanların koronavirusu ciddiyə almamaları itkinin həddən artıq çox olması ilə nəticələndi.

Tutaq ki, 1 və ya 2 ay sonra açıqlandı ki, pandemiya artıq nəzarətdədir və qorxmaq lazım deyil. Hazırda bu xəstəlik insan psixologiyasına elə təsir edib ki, çətin ki qısa zamanda onun fəsadları aradan qaldırılsın. Tez-tez xarici ölkələrə səyahət edənlər çox güman ki, bir müddət bu fikirdə olmayacaqlar. Çünki insan gözü ilə gördüyü və inandığı hadisələrdən təsirlənir və bu təsirdən çıxmaq, əvvəlki kimi yaşamaq üçün zaman tələb olunur.

Hazırkı vəziyyətdə təbii ki, ən çox turizm bazarına zərbə dəyib. Əksər ölkələr gediş-gəlişi tam dayandırıb. Turizm sektoru son dövrlərin ən acı günlərini yaşayır. Bütün uçuşlar dayandırılıb, otellər karantinə alınan insanlarla dolub-daşır. Bu durumda iqtisadi dayaqlarını turizm sektoru üzərində quran ölkələrin vəziyyətinin pandemiyadan sonra düzəlməsi üçün uzun zamana ehtiyacı olacaq.

Yuxarıda qeyd etdiyim kimi, insanlar səyahətlərini yüz ölçüb, bir biçəcəklər. Real təhlükənin olması və hələ də bu virusa vaksin tapılmaması bunu göstərir. Və alimlərin açıqlamasından da bəlli olur ki, vaksinin tapılması qısa müddətdə nəzərdə tutulmayıb.

Bütün bu bədbin proqnozların fonunda dünyanın bu pandemiyadan minimum itki ilə çıxması və bir daha bu cür halların yaşanmamasını diləməkdən başqa əlimizdən heç nə gəlmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada təyyarə sərt eniş etdi - Xəsarət alanlar var
Bu ölkədə ildırım 63 nəfəri VURUB ÖLDÜRDÜ
Papa İstanbula gəlmək istəyir - Türkiyə hökumətindən icazə alınacaq

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Münəvvəri qətlə yetirib intihar edən sevgilisi sağdır? -Məzar açılacaq