Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27796
az

Karantindən qaçan koronavirus xəstəsi öldü

17:2231 Mart, 2020
784
DÜNYA
  • A

Türkiyədə müalicə aldığı xəstəxanadan qaçan COVID-19 daşıyıcısı ölüb.

“Report” NTV-yə istinadən xəbər verir ki, hadisə Tokat şəhərində baş verib.

Məlumata görə, ölən şəxs 74 yaşlı kişi olub. Onun 70 yaşlı həyat yoldaşında koronavirus testinin nəticəsi neqativ çıxıb.

Bildirilir ki, mərhum xəstəxanadan qaçışı bir neçə gün öncə gerçəkləşdirib. 74 yaşlı kişi evində aşkar edilərək yenidən xəstəxanaya müşahidə altına götürülüb və orada dünyasını dəyişib.

Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 11-də qeydə alınıb. Son 20 gündə ölkədə koronavirus yoluxma faktlarının rəsmi sayı 11 000-ə yaxınlaşıb. Virus qurbanlarının rəsmi sayı isə 168 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 201 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 802 700-ü ötüb. Bunların 172 319 nəfəri sağalıb, 39 019 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Rəisinin ölümü ilə bağlı başsağlığı verib
Qəza yerində şok detal: naməlum adam...
Çin avtomobilin satış tarixini AÇIQLADI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda 2600 manatlıq antik samovar oğurlandı - FOTO