Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27737
az

1 milyard manat hara xərclənəcək? - Nazirdən AÇIQLAMA

23:2130 Mart, 2020
1957
İQTİSADİYYAT
  • A

“Biz iqtisadiyyatımızı sağlam, dayanıqlı və rəqabətədavamlı bir iqtisadiyyat kimi görmək istəyirik. Biz dar günündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, gündəlik fəaliyyətində yüksək sosial-korporativ hissini qoruyan bir iqtisadiyyatı görmək istəyirik. Biz növbəti günlər və həftələr ərzində koronavirus pandemiyasının iqtisadiyyata mümkün təsirlərini aradan qaldırmağa istiqamətlənmiş proqramların son dizaynını həm həmkar qurumlarla, həm də özəl sektorun nümayəndələri ilə bəlli bir son nəticəyə gətirəcəyik. Cənab Prezidentin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşdırmayaraq daha geniş bir proqram şəklinə gətirə bilək”.

Oxu24.com -un  məlumatına görə, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ilk olaraq qarşımza çıxan 1 miyard manatlıq proqram mövcud kredit portfelinin dəstək proqramıdır.

"Məlumdur ki, bir sıra sahibkarlarımızın bank kreditləri var. Biz bu kreditlerin elementlərini digər həmkar subyektlərlə birgə müəyyənləşdirəcəyik. Əsas hədəfimiz biznes kreditləridir. Ola bilsin ki, sözügedən proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə də ayrılsın. Əsas parametrləri özümüz üçün müəyyənləşdirmişik. Dövlət bu proqram çərçivəsində xüsusi meyarlara cavab verən kreditlərin faizlərinin ödənməsində faiz dərəcəsinin yükünü 10 faizə qədər endirə bilər. Dövlət Sahibkarlıq Milli Fondu vasitəsilə həmin faizlərin ödənilməsinə dəstək verəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
Azərbaycan nefti ucuzlaşdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı