“Küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq”.
Bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, bu axşamdan başlayan qadağalarla metroda və nəqliyyatda sıxlığın qarşısı alınacaq.
“Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”.
Onun sözlərinə görə, bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur.
“Yalnız o şəxslərə çölə çıxmaq olar ki, onlar üçün xüsusi icazə olsun. Digər insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər. Bir də zibillərin atılması üçün çölə çıxa bilərlər”.
Oxu24.com
ŞƏRHLƏR