Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
277
az

Bakıda kliniki ölüm keçirən 32 nəfər həyata qaytarılıb

12:4105 Aprel, 2018
1414
TİBB
  • A
Ötən il Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) doğuşla bağlı 3 099 müraciət edilib.

Oxu24.com  Trend-ə istinadən xəbər verir ki, bunu Stansiyanın Tibbi Yardım Stansiyası baş həkiminin Müalicə işləri üzrə müavini İradə Əliyeva keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olan az çəkili və ya ağır qüsurlarla doğulan 600 körpə hospitalizasiya edilib.

Həkimin müavini əlavə edib ki, keçən il Bakıda 32 nəfər kliniki ölümdən həyata qaytarılıb: "Ümumi ağır vəziyyətdən isə 2400 nəfər çıxarılıb".

O qeyd edib ki, ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895 ədəd təşkil edib: "Bu hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20 114, hospitalizasiya 12 543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub. Keçən il Stansiyaya nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub. Hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub".

O əlavə edib ki, ötən il təcili yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs ilkin tibbi yardım göstərilərək cərrah, travmatologiya, toksikoloq və rentgen müayinəsindən keçdikdən , təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bədən uyuşmazlığı nədir?
Seks və ağrı: intim münasibətdən məhrum qadınların HEKAYƏLƏRİ
Güclü ürəyə sahib olmağın ən asan yolu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ