Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2766
az

Azərbaycan Rusiyadan “Terminator” almaq istəyir

15:2210 İyun, 2018
1732
SİYASƏT
  • A
 Azərbaycan Rusiyadan BMPT-72 “Terminator-2” tanka dəstək döyüş maşınlarını almağa maraq göstərir. Virtualaz.org xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Rusiyanın hərbi-sənaye kompleksindəki mənbələrə istinadən bildirib.

“Terminator-2” tanka dəstək döyüş maşınları hazırda Rusiyadan başqa təkcə Qazaxıstan ordusunun silahlanmasında yer alır. Əlcəzair bu il Rusiyadan həmin döyüş maşınlarının iri partiyasını alacaq. Azərbaycan, Peru və Suriya isə döyüş maşınlarını almağa maraq göstərir.Rusiya artıq “Terminator-2” döyüş maşınlarını Suriyada sınaqdan keçirib. “Rostex” korporasiyasının sənaye üzrə direktoru Sergey Abramov bildirib ki, texnika özünü real döyüş şəraitində çox əla göstərib və aprel ayından başlayaraq Rusiya ordusunun silahlanmasına daxil edilir.

Habelə Abramovun sözlərinə görə, “Uralvaqonzavod” Suriya təcrübəsini nəzərə alaraq döyüş maşınlarının yeni versiyasını-“Terminator-3” ü işləyib hazırlamağa başlayıb. Məsələn, indiki döyüş maşınlarının heyəti 5 nəfərdən ibarətdirsə yeni versiyada avtomatlaşdırılmış sistemlərin sayəsində heyət üzvlərinin sayı 3 ola bilər. Bundan əlavə “Terminator-3” pilotsuz uçan aparatları, habelə mərmiləri və ən başlıcası iri çaplı top mərmilərini havada vura biləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı