Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2761
az

Bakının lüks hoteli satıldı: adı dəyişdiriləcək

13:2910 İyun, 2018
1689
DÜNYA
  • A
 Kuveytli investor Bakıda yerləşən "Monolit Plaza” lüks hotelini alıb.

Oxu24.com xəbər verir ki, bunu Trend-ə vəziyyətlə tanış olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, hotelin yaxınlarda adı dəyişdirilə bilər: "Ümumilikdə, investor Qəbələdə yeni hotel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə - 99 il.

Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir.
0 Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Belarusda prezident seçkilərində erkən səsvermə başa çatdı
HƏMAS dörd israilli girovu azad etdi
Trampdan ukraynalılarla bağlı qərar: Onların ABŞ-a girişi QADAĞAN OLUNUR

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı