Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27597
az

Koronavirus şübhəsi ilə xəstəxanaya getdi, 6 saatdan sonra... - İnanılmaz OLAY

17:5329 Mart, 2020
473
DÜNYA
  • A

ABŞ-da koronavirus xəstəsinin ölümü səs-küyə səbəb olub.

Publika.az xəbər verir ki, Los-Ancelesdə yaşayan və adı açıqlanmayan gənc 11 gün əvvəl Kovid-19 simptomları ilə müraciət etdiyi sağlamlıq mərkəzindən rədd cavabı alıb. Buna səbəb onun tibbi sığortasının olmaması olub. Həkimlərin məsləhəti ilə Antilop Vadisi Xəstəxanasına gedən gənc 6 saatdan sonra orada ölüb.

Lankaster bələdiyyə sədri Reks Paris baş verənlərə bu cür reaksiya verib:

"Sağlamlıq mərkəzinin işçiləri gənci təcili müalicə etmək əvəzinə tibbi sığortası yoxdur deyə digər xəstəxanaya yönləndiriblər. Ora getdiyi zaman isə çox gec olub. Bir şəxs sizə nəfəs darlığı ilə müraciət edirsə, sığorta tələb etmədən təcili yardım çağıra və ya nəzarət altına ala bilərsiniz".

Qeyd edək ki, gəncin koronavirus testinin nəticəsi ölümündən sonra açıqlanıb. O, Kovid-19 səbəbilə həyatını itirən ən gənc xəstə olub.

Onun ölümündən 11 gün keçməsinə baxmayaraq, qiymətləndirmənin nəticələri elan edilməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-dan Gürcüstandakı vətəndaşlarına XƏBƏRDARLIQ
“Özüm də inana bilmirəm ki, bu olanlar mənim başıma gəlir” – Qriqorçuk
Pezeşkian mühüm razılaşma əldə etdi - Dondurulmuş pullar qaytarılır

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var