Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
275
az

Azərbaycanın apreldə istifadə etdiyi qorxunc silahın görüntüləri

11:3805 Aprel, 2018
5743
HƏRBİ
  • A
 Ötən əsrin 70-ci illəri Yaylım Atəşli Reaktiv Sistemlərinin inkişafında xüsusi bir mərhələ təşkil etdi. Həmin dövrdə yeni odsaçan silahlar olduqca məxfi saxlanılırdı və onlar barəsində heç bir informasiya verilmirdi. Bu silahdan açılan raketin daşıdığı yandırıcı-partlayıcı qarışıq alışanda müəyyən radiusda temperatur 3000 dərəcəyə çatırdı. Nəticədə həmin radiusda yaşayan bütün canlı və cansızlar bir an içərisində külə çevrilirdilər. Bundan əlavə olaraq silah havanın alışıb yanması nəticəsində vakum bombası effekti yaradırdı. Yeni sistemi TOS-1 "Buratino" adlandırdılar.


https://www.facebook.com/oxu24com/" target="_blank">BİZİ FACEBOOKDA İZLƏYİN BİZİ FACEBOOKDA İZLƏYİN


TOS-1 kompleksinin 1971-1979 illəri arasında T-72 şassilərində olan ilk prototipləri Omskdakı "Nəqliyyat Mühəndisliyi Dizayn Bürosu" ASC-də istehsal edilib. Kompleks T-72 tankının şassisi üzərində quruluan, 30 ədəd istiqamətləndiriciyə sahib atıcı qurğudan və KrAZ-255B şassisində olan Nəqliyyat Yükləmə Maşınından (NYM) ibarət idi. 1980-ci ildə sistem dövlət sınaqlarından uğurla keçdi və Sovet ordusuna qəbul edilməsi üçün tövsiyə edildi.


Onun 46 ton ağırlığında döyüş kütləsi yüksək yükgötürmə qabiliyyətli şassi, kiçik effektiv atəş məsafəsi (400- 4500 metr) isə zirehli qorunma tələb edirdi. Atıcı qurğunun 30 ədəd idarəolunmayan raket istiqamət modulu dönən platformada paket formasında quraşdırılır. Qurğunu hədəfə yönəltmək üçün bütün hərəkətlər maşından çıxmadan, nişangah və elektrik ötürücü vasitələrlə həyata keçirilirdi. Mərmilərin hədəflərə uçuş trayektoriyası dəqiq atəş şəraitini nəzərə almağı və optik nişangahdan, lazer məsafəölçənindən, kren sensorundan və elektron ballistik hesablama kompüterindən ibarət xüsusi atəşə nəzarət sisteminin yaradılmasını tələb edirdi.

"Buratino" sistemi idarəolunmayan termobarik raketlərdən kütləvi istifadə etməklə düşmənin yüngül zirehli və zirehsiz nəqliyyat vasitələrini, tikili və binalarını, düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Bu silah cəbhənin ön xəttində tətbiq etmək nəzərdə tutulur. Məlumata görə, ilk dəfə bu silahı 1988-1989-cu illərdə Əfqanıstan müharibəsi zamanı əfqan mücahidlərinin gizləndikləri Cənubi Salanqa əyalətindəki mağaraları dağıtmaq üçün "Tayfun" əməliyyatında istifadə ediblər. Daha sona - 1999-cu ildə Rusiya ordusu tərəfindən çeçenlərə qarşı Qroznı döyüşündə istifadə olunub. İlk dəfə 1999-cu ildə Omsk şəhərində ictimaiyyətə təqdim olunub. 2001-ci ildə isə ilk dəfə silah sərgisində nümayiş etdirilib.


Elə həmin il silahın daha mükəmməl və daha asan istifadə olunan variantı –TOS-1A "Solntsepyok" yaradıldı. TOS-1A "Solntsepyok" sistemləri T-90 tanklarının şassisi üzərində quraşdırıldı. Bu sistem sələfindən atəşin daha mükəmməl idarə edilmə sistemi, raket lülələrinin sayının 30-dan 24-ə endirilməsi, əla zireh müdafiəsi və yeni sursatları ilə fərqlənir. Yeni sistemdə atəş məsafəsi 6 kilometrə qədər artırılmaqla yanaşı, hər bir raketin dağıdıcı radiusu da yüksəldilib.

TOS-1A "Solntsepyok", T-72 tankının bazasında 220 mm-lik Sovet istehsalı ağır odsaçan artilleriya sistemi olan TOS-1 "Buratino" kompleksinin modifikasiyasıdır.

Bir TOS1A "Solntsepyok" qurğusu 40 min kvadratmetr ərazidə olan bütün canlıları məhv edir. Bütün raketlər cəmi 24 saniyə ərzində buraxılır. Bir raketinin məhv etmə radiusu 2.5 hektara yaxındır.


2001-ci ildən Rusiya ordusuna verilən bu silah sisteminin ixracına 2008-ci ildən icazə verilıb. Məlumatlara görə, Azərbaycan Respublikası 2010-cü ildə "Rosoboroneksport" ilə bağlanan müqavilə əsasında bir divizionun silahlanması üçün yetərli olan 18 ədəd "Solntsepyok" odsaçan kompleksi əldə edib.

TOS-1A "Solntsepyok" ağır odsaçan sistemi 2001-ci ilin aprel ayından etibarən radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının silahlandırılmasına qəbul edilib. Rusiya istehsalı olan TOS-1A "Solntsepyok" sisteminin təyinatı düşmənin zirehli texnikasını sıradan çıxarmaq, müxtəlif hücum və müdafiə döyüşlərində onun canlı qüvvəsini açıq və qapalı atəş mövqelərində məhv etməkdən ibarətdir.


TOS-1A "Solntsepyok" sisteninin idarəolunmayan reaktiv termobarik döyüş başlığının ən böyük təsir effekti dağlıq ərazilərdə əldə olunur: hava zərbə dalğalarının ətraf qaya suxurlarının, torpaq və qaya uçqunlarının əks olunan dalğaları ilə qarşılıqlı üst-üstə düşməsi zərbə gücünü daha da artırır. Sursat əvvəlcə partlayıcı qarışıq buludunu yaradaraq partlayışı həyata keçirir və buluddakı bütün oksigenləri bu reaksiyaya daxil olmağa məcbur edir. Ani detonasiyadan sonra təzyiq kəskin şəkildə yüksəlir və sonra dərhal atmosfer təzyiqi normasından təxminən 160 mm civə sütünu qədər aşağı düşür. Beləliklə, düşmənin partlayışdan sonra xilas olan canlı qüvvəsi də təzyiqin azalması nəticəsində daxili orqanlarının parçalanması nəticəsində ölümə məhkum olur. Odsaçan sistemin yaylım atəşinin yüksək dəqiqliyi atıcı qurğunun 6 km məsafədə olan birbaşa hədəflərə yönəldilməsi və avtomatlaşdırılan tuşlanma cihazları vasitəsilə təmin edilir. Son alınan məlumatlara görə, МО.1.01.04М.ОП markalı sursatların çəkisi 13 kq azaldılmasına baxmayaraq atəş məsafəsi 6700 metrə qədər artırılıb.


Döyüş maşının çəkisi 44.3 ton, uzunluğu 7240 mm, hündürlüyü 3073 mm, eni 3580 mm, şossedə sürəti 60 km/saat, ehtiyat gediş məsafəsi 550 km-dir. 30 dərəcəli bir yoxuşa 25 dərəcəli krenlə qalxa bilən TOS-1A, 1.2 metr yüksəklikdə maneələri də rahatlıqla aşa bilir.

TOS-1A kompleksinin təkrar sursatla doldurulması üçün əlavə bir tank platforması nəzərdə tutulur. Sursatlar əvvəl bəhs etdiyimiz kimi, 217 kq çəkidə termobarik raketlərdən ibarətdir. Doldurulma prosesi hər raket üçün 1 dəqiqədən də az vaxt tələb edir. Döyüş ekipajı tank ilə eynidir və 3 nəfərdən ibarətdir. Tək fərq tuşlayıcı operatorun qüllədəki silahlar əvəzinə atıcı qurğunu idarə etməsindədir.


TOS-1A "Solntsepyok" odsaçan sistemləri isə ilk dəfə 2014-cü ilin oktyabrın 24- də İraqda Curf Əl Səxər şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında, 2017-ci ilin əvvəllərində isə Mosulun azad edilməsi əməliyyatının ilk günündə istifadə edilib.

ATƏT-in verdiyi məlumata əsasən 2015-ci ilin sentyabrında, TOS-1 odsaçan sistemi Ukraynanın şərqində separatçıların təlimlər keçdiyi ərazidə görünüb.

2015-ci ilin oktyabrın 10-da Suriya Ordusu tərəfindən Həma şəhərində, 2016-cı ildə Latakiya istiqamətində, 2017-ci ilin əvvəllərində isə Palmira şəhəri yaxınlığında üsyançılara qarşı "Solntsepyok"dan istifadə olunub.


2016-cı ilin aprel döyüşlərində Qarabağda Azərbaycan Ordusu tərəfindən TOS-1A "Solntsepyok" kompleksindən erməni işğalçılarının bağlı, uzunmuddətli atəş mövqelərinə zərbə vurulmasında istifadə olunub. Qadağan olunmayan və heç bir sığınacaqda belə qorunmaya imkan verməyən çox azsaylı silahlardan biridir. İstənilən düşməndə panika yarada biləcək əsl "cəhənnəm atəşi"dir. Motoatıcı bölüyün dayaq məntəqəsinin ölçülərinə yaxın bir ərazidə hər kəsi və hər şeyi 3000 dərəcə istilikdə külə çevirən TOS-1A "Solntsepyok" kompleksi düşmənlərimizin daim qorxulu röyalarından biri olaraq qalacaq.

Hərbi ekspert Ədalət Verdiyev (Ordu.az)


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan hərbi qulluqçunun FOTOSU
Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU
Vəfat edən hərbçimiz Naxçıvanda dəfn olundu - Fotolar

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi