Xoşqədəm Hidayətqızı verilişindən sonra, qazaxıstanlı sevgilisinin ölümündə günahlandırılan şəxs Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu polis bölməsində özünü binanın pəncərəsindən ataraq intihar edib Oxu24.com xəbər verir ki, unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubov baş verən hadisə ilə bağlı məsələni şəxsi nəzarətinə götürüb. Artıq bu məsələnin araşdırılması üçün konkret tapşırıqlar verib. Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) iş başlanıb və araşdırma aparılır.
Hadisə ilə bağlı "Səni Axtarıram” verilişinin 4 əməkdaşı – aparıcı Xoşqədəm Hidayətqızı, verilişin prodüseri Fərhad Hacıyev və iki operatoru hüquq-mühafizə orqanlarına çağırılaraq izahatları alınıb.
Qeyd edək ki, bir müddət əvvəl sevgilisi ilə Azərbaycana gələn qazaxıstanlı qızın Bakıda öldürüldüyü üzə çıxıb. Bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.
Dünən bu məsələ telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib. Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb. Bildirilir ki, öldürülən qadın hamilə olub Oxu24.com
ŞƏRHLƏR