Albalı sapları böyrək xəstəliklərindən sellülitə qədər bir çox sağlamlıq problemlərinə müsbət təsir göstərir.
OXU bu yazıda oxucuları albalı saplarının faydaları ilə tanış edib.
Albalı sapı faydalı yağlar, duzlar ehtiva edir, iltihab və allergiya önləyici, antiseptik və toksinləri təmizləyici xüsusiyyətlərə malikdir.
Böyrək xəstəlikləri və sidik yolu infeksiyaları üçün təbii şəfa mənbəyidir. Hətta böyrək daşlarını da salmağa yardımçı ola bilər.
Albalı sapları ürtiker və astma kimi allergik reaksiyaları müalicəedici xüsusiyyətə malikdir.
Mütəmadi olaraq albalı saplağının çayını içmək metabolizmi normaya salır və yağların yandılırma prosesini sürətləndirir. Yağların yandırılması ilə sellülit də yox olur, nəticədə dərinin elastikliyi bərpa olunur.
Albalı saplağının sakitləşdirici təsiri var. Qanı təmizləyir, xolesterin səviyyələrini aşağı salır və ürəyi gücləndirir.
Albalı sapı oynaq ağrılarına və revmatizmə də yaxşı təsir edir.
Albalı sapı çayı necə hazırlanır?
Albalı saplağı xoş dada malik rahatlaşdırıcı çaydır. Bu çayı hazırlamaq üçün öncə albalı saplarını qurutmaq lazımdır. Albalı saplarını təmiz bir səthə yerləşdirin və bir neçə gün kölgədə qurudun. Daha sonra bir qaşıq qurudulmuş albalı saplağını bir stəkan qaynamış suya tökün. 10 dəqiqə dəmləyib için.
Albalı sapından ayaq vannası
4 ovuc abalı saplarını 10 dəqiqə ərzində 3 litr suyun içində qaynadın. 2-3 darçın və cökə yarpağı əlavə edin. Soyuması üçün 1 saat gözləyin. Sonra ayaqlarınızını 20 dəqiqə ərzində bu suyun içində saxlayın. Bu su dərinin nəfəs almasını təmin edəcək və daban ağrılarınızı uzaqlaşdıracaq. Oxu24.com
ŞƏRHLƏR