Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2735
az

Bakının içməli suyuna tullantı suları axıdılıb? - ŞOK

12:5209 İyun, 2018
2112
CƏMİYYƏT
  • A
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılmasının içməli suya aidiyyəti yoxdur.

Bunu Oxu24.com -a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

ASC rəsmisi qeyd edib ki, tullantı sularının axıdıldığı kanal Ceyranbatan Su Anbarını qidalandırmır: 

“Əhalinin içməli suyuna heç bir aidiyyəti olmadığı üçün su çirklənmir”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə bildirib ki, məsələ ilə bağlı araşdırma aparacaq:

“Ərazidə yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən problemin həll edilməsi üçün araşdırma aparılacaq”.

Qeyd edək ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində tullantı sularının kanala axıdılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerində araşdırılıb.

Faktlarla bağlı heyvandarlıq təsərrüfatlarının sahibləri Yaşar Səfərov, Dilqəm Vəliyev, Famil Rüstəmov, Mahir Səfərov, Etibar Səmədov, Firdovsi Səfərov və ASC-nin cavabdeh şəxsi Atəş Əmiraslanov barəsində protokol tərtib olunub və qanun pozucuları ümumilikdə 6950 manat məbləğində cərimə edilib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur COVID peyvəndinin mənfi təsirləri TƏSDİQLƏNDİ 
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
İnfarkt riskinizi özünüz ölçün

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”