Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2733
az

Büdcə təşkilatlarının işçilərinə şad xəbər

11:1909 İyun, 2018
2260
İQTİSADİYYAT
  • A
 Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”nin cədvəli yeni redaksiyada təsdiq edib.

Oxu.24.com  APA-ya istrinadən məlumatına görə, qərara əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,55 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,75 manat ödəniləcək.

İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 4,85 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,50 manat ödənilib.

Xüsusi təyinatlı (hərbi, dövlət təhlükəsizliyi və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,10 manat ödəniləcək.

İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 5,75 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 2,80 manat ödənilib.

Doktorantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 7,65 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 5,35 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,55 manat ödəniləcək.

İndiyə qədər bu kateqoriya üçün tədris məşğələləri keçən professor və ya elmlər doktoru üçün saathesabı 6,95 manat, dosent və ya fəlsəfə doktoru üçün saathesabı 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün saathesabı 3,20 manat ödənilib.

Qərara əsasən əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 6,35 manat, dosent və ya fəlsəfə doktoru üçün 4,60 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3,10 manat məbləğində müəyyənləşdirilir.

Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 4,05 manat, çılpaq naturada isə 6,70 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilməsi məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ŞAD XƏBƏR! Bu şəxslərə “13-cü maaş” veriləcək - RƏSMİ
Azərbaycan bu məhsulların ixracından gəlirini artırdı
Dollar və avro bu tarixdən BAHALAŞIR -Rusiyada YENİ MƏZƏNNƏ

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin