Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27281
az

Burun əməliyyatı etdirərkən bunlara diqqət edin!Plastik cərrah Sənan Mehdiyev AÇIQLADI +FOTOLAR

11:4126 Mart, 2020
9214
TİBB
  • A
Bir çox insanlar  burun əməliyyatı üçün  peşəkar  və  təcrübəli  həkim axtarışında çətinlik çəkir.
 
Oxu24.com  burun əməliyyatı –rinoplastika  sahəsində  böyük  təcrübəyə  malik olan cərrah Sənan  Mehdiyevlə  müsahibəni  təqdim  edir:
 
Son zamanlar pasientləri maraqlandıran və tez-tez verdikləri suallardan biri də qapalı və ya açıq üsul?
 
- Bildiyimiz  kimi  rinoplastika  qapalı  və ya açıq  üsulla  icra  olunur. Ümumiyyətlə   qeyd   etmək  istərdim  ki, burunun  estetik   əməliyyatlarında  bütün  dünyada  tendensiya   qapalı  əməliyyatlara  doğru  gedir. Çünki  qapalı  əməliyyat  buruna  daha   az   travma   verməklə  icra   olunur. Bildiyimiz  kimi travma  çox  olduqda gələcəkdə  fəsadların törənmə  ehtimalı  da artır. 
 
-Siz daha çox hansı üsuldan  istifadə   edirsiniz?
 
- Öz təcrübəmizə  gəldikdə  isə  15 ildən  artıqdırki rinoplastika  ilə  məşğul oluruq, həm qapalı, həm  də açıq  rinoplatika  əməliyyatları  icra  edirik. Üstünlüyü  qapalı  rinoplastikaya  veririk(80% hallarda). 
 
- Qapalı və açıq burun əməliyyatının  fərqi nədir.Hansı üstünlükləri var?
 
- Qapalı  və  acıq rinoplastikanın  bir   çox   fərqləri  var.  Qısaca  olaraq  bunları  2  yerə bölmək  olar:  zahirən  və daxilən  olan fərqlər. Zahirən  olan  fərqlər adından  da  göründüyü  kimi  qapalı üsulda  burunun  xaricində heç bir kəsik  və çapıq  izlərinin  olmamasıdır . Daxildə  olan  fərqlərə  gəldikdə   isə   bunlar  daha  çoxdur. 
İlk  olaraq bunu qeyd edək ki, qapalı  rinoplastika  zamanı  burunu qidalandıran damarlar  və   sinirlər  demək  olar ki zədələnmir  və  bu  da sonrakı dönəmdə  şişkinliklərin, göyərtilətin,  ağrıların və s-nin daha az olmasına  səbəb   olur. Bundan    əlavə olaraq   burunun   dərisi   ilə  sümük-qığırdaq    arasında   xüsusi   əzələ   və   bağlar   yerləşirki  hansıki bunlarda burunun  formalaşmasında   böyük   rol oynayır. Qapalı  üsulda  bu  bağ  və əzələlərin   tamlığı    pozulmur. Pozulmadığına   görə   də   burunun  təbiiliyi daha da  çox  qorunmuş  olur. Açıq  üsulda  isə bunlar   kəsilir    və əməliyyatın  sonunda   yenidən tikişlərlə  bərpa   edilir. 
 
Amma  qapalı  üsulda  bu   bağlar   və  əzələlərin tamlığı   pozulmadığına görə bütün əməliyyatın  gedişatı boyu burunun formasını kontrolda saxlamaq daha   rahat   olur. Bu da   cərraha üzə   uyğun   bir   burun düzəltməyə  geniş imkanlar yaradır. Amma  bu    sadaladıqlarımıza baxmayaraq   açıq üsulla   da əməliyyatlar  sıx-sıx icra  edirik. 
 
 
 
Çünki  bir çox   burun   tipləri var ki, bu zaman açıq üsulla icra olunması daha məqsədəuyğundur. Məsələn, aziat tipli, boxsi burunlar, bəzi təkrari əməliyyatlar və s. Son nəticə olaraq onu dəmək olar ki, hər 2 üsulun öz üstünlükləri var. Amma  məntiqli olar ki gözəl nəticəyə daha az travma verməklə nail olunsun. İnsanlar  arasında belə bir fikir də varki qapalı üsulla burunu yetərincə incəltmək və kiçiltmək mümkün deyil. Amma bu yanlış fikirdir. Müasir  qapalı rinoplastikanın  imkanları daha  genişdir. Aşağıdakı fotolarda burunun qapalı  usulla  necə  dəyişdiyinin  şahidi   ola bilərsiniz.
 
Plastik cərrah Sənan Mehdiyevlə əlaqə vasitələri:
 
İnstagram hesabı  dr_sanan_mehdiyev
Mobil telefon:  (+99450) 333 33 65 (whatsapp)
 
 
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bel ağrıları hansı xəstəliklərin əlamətidir? - \
Cərrah Sənan Mehdiyev uğursuz  burun  əməliyyatlarından  danışır  (FOTO+VİDEO)
Burun əməliyyatı etdirərkən bunlara diqqət edin!Plastik cərrah Sənan Mehdiyev AÇIQLADI +FOTOLAR

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi