Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
272
az

Vətəndaş icra başçısı müavini ilə bağlı ŞOK VİDEO YAYDI

10:2505 Aprel, 2018
1656
SİYASƏT
  • A
 Hərbi  xidmətə  getdi  qayıdanda  evlərinin  qonşuları  tərəfindən  zəbt edildiyini  gördü.

Oxu24.com-a  Bakı  şəhər  sakini   Əliyev  Elşən  Aslan  oğlu tərəfindən müraciət daxil  olub. Vətəndaşın   iddiasına   görə,  2008- ci  ildə  hərbi  xidmətdə  olduğu  vaxt   nəzarətsiz   qalan  bağ  evləri  qonşuları   tərəfindən   zəbt  edilib. Elşən   Əliyevin   sözlərinə   görə, babasından     miras   qalan  bağ   evinin  onlara  məxsus  olduğunu   sübut   edən  sənədlərin  olmasına  baxmayaraq  qonşunu ərazidən  çıxara  bilmirlər.

Şikayətçinin  sözlərinə  görə, ərazinin onlara məxsus  olduğunu  sübut  edən  sənədləri olmasına baxmayaraq  qonşuları  torpaq  sahəsini  qaytarmaq istəmir.Elşən  Əliyev  iddia edir ki, onların torpaq sahəsini  zəbt edən şəxs Sabunçu  Rayon  İcra  Hakimiyyətində  birinci  müavin  vəzifəsində   çalışır.

“ Bizim  torpaqlarımızı  zəbt  edən  şəxs  vəzifəsinə  və  puluna  güvənib bizi əzməyə  çalışır. Onun  bu  əməllərindən  şikayət  etmək  üçün  bu  ilin   martın 9-da Sabunçu  Rayon  İcra  hakimiyyətinə  getdik. Torpağın  bizə  məxsus  olduğunu, oranın  qanunsuz  zəbt  edildiyini  özünə  də  bildirdik. Güloğlan  müəllim  bizə dedi ki, həmin  ərazini  satın  alıb. Amma  heç  bir  sənəd  göstərmədi. Daha  sonra biz   sənədlərimizi  təqdim  etdikdən  sonra  bizə  bir  çıxarış  göstərdi. Həmin  sənədsə, başqa   yerin   çıxarışıdır. Bunu   sübut  edən  faktlar   var. Güloğlan müəllimlə  icra   hakimiyyətində   görüşümüz  zamanı  ora   polis  çağırdı. 12-ci polis  bölməsinin  əməkdaşları  əraziyə  gəldi. Gördülər  ki, bizim  heç  bir qanunsuz  hərəkətimiz  yoxdur, sakit  dayanmışıq, çıxıb  getdilər. Həmin  gün Güloğlan   Məmmədov   bizə  hədə-qorxu  gəldi.”

Vətəndaşın bildirdiyinə görə,  qeyd olunan məsələnin həlli üçün tezliklə məhkəməyə müraciət edəcək.

Vətəndaşın bildirdiyinə görə vəzifəli şəxs həmin əraziləri zəbt etdikdən sonra tərəvəz becərmək üçün istixanalar yaradıb. Sual olunur ki, icra başçısının müavininin şəxsi bizneslə məşğul olmağa imkanı hardandır?

Elşən Əliyev saytımıza açıqlamasında bildirib ki, onun evinin dağıdılması və torpağının zəbt olunması barədə Xəzər rayonunda polis şöbəsində olsa da, tədbir görən olmayıb. 

“ Torpaqlarımızın qanunsuz zəbtindən sonra polisə getdim. Çünki bizi öz qanuni bağımıza buraxmırdılar. Orada mənə dedilər ki, bu şəxs olduqca imkanlı adamdır. Sən ona heç bir güc gələ bilməzsən. Bir neçə vəkilin də yanına getdim. Vəkil də qorxub, geri çəkildi. Mənə məsləhət verdilər ki, işi mətbuata çıxarım. Bəlkə yuxarı orqanlar işə qarışdıqdan sonra məmur geri addım atar. Yoxsa mən onunla bacara bilmərəm.”


Sabunçu  Rayon  İcra  Hakimiyyəti başçısının birinci müavini  Güloğlan   Məmmədova və ailəsinə aid olduğu iddia olunan istilikxananın görüntülərini təqdim edirik.Mövzu ilə bağlı qarşı tərəfin də fikrini dinləməyə hazırıq.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI
"Şuşa Bəyannaməsində qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var"- İlham Əliyev

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ