Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2718
az

Günəş partlayacaq və Yer kürəsini udacaq - Yaşamın dəhşətli sonuna mane olmaq üçün nə eməliyik?

23:1208 İyun, 2018
2069
DÜNYA
  • A
Qalaktikamızın ən böyük ulduzu olan, Yer kürəsində həyatın qaynağı adlandırılan Günəş ən nəhayətində qırmızı nəhəng orbitini keçib şişərək dünyanı da tərkibinə qatacaq bir mövqeyə gələcək. Nə isə ki, bu proses üçün hələ 5 milyard il lazımdır. Ancaq birdən bu müddətə ehtiyac qalmasa? Ya Günəş bu prosesi sürətləndirərək ömrünün son illərini yaşamağa başlasa? O zaman Günəşin ömrünü uzatmaq üçün nələr edə bilərik?

Oxu24.com bu sualların cavablarını bir neçə variantda təqdim edir.

Daha sürətli fırlanmaq

Günəşin daha sürətli fırlanması onun mərkəzdənqaçma qüvvəsi ilə sovrularaq ekvatordan şişməsinə səbəb ola bilər. Dolayısı ilə kütlə cazibəsinin mərkəz üzərində yaratdığı əzici qüvvə bir az azalar və beləliklə, mərkəzdə hidrogenin yanma prosesi yavaşladılmış olar. Bu da Günəşin yanacağını daha uzun müddət istifadə edə bilməsi, yəni daha çoz yaşaması deməkdir. Doğrudur, daha sürətli fırlanan bir ulduz eyni kütlədə yavaş fırlanana nisbətən daha uzun yaşayacaq. Ancaq onu lazım olandan çox fırlatmaq ulduzun parçalanmasına səbəb olar. Bunun üçün uyğun sürət dəyəri tapmaq lazımdır.

Burada önəmli olan daha bir nöqtə var. Ulduzun səthi ilə daxili eyni sürətdə fırlanmaya bilər. Yəni "ulduzu sürətli fırlatdıq, indi daha uzun yaşayacaq" fikri kökündən yanlışdır. Çünki onun daxili hələ də yavaş-yavaş fırlana bilər və bu mərkəz qaydaları üzərində heç bir şeyi dəyişdirmədiyiniz nəticəsini ortaya qoyar. Belə olub-olmadığını anlamaq üçün hidrogenin yanmasından ortaya çıxan neytronun sayında dəyişikliyin olub-olmamasına baxmaq lazımdır.

Kütləsindən oğurluq etmək

Bir ulduzun taleyini həll edən şey onun kütləsidir. Kütləsi nə qədər çox olarsa, ulduz yaranarkən o qədər çox mərkəzinə doğru çökmək istəyəcək. Əlbəttə, sıxılan qazın yaratdığı təzyiq onu bir nöqtədə saxlayacaq. Ancaq nə qədər çox kütlə olarsa, o qədər çox kütlə çəkimi, yəni daha çox sıxılma deməkdir. Mərkəz də çox sıxılan olarsa, hidrogenlərin toqquşub qısa müddətdə ulduzun yanacağını bitirmə ehtimalı artar. Bu da ulduzun qısa müddətdə enerjisini xərcləyib ölməsi anlamına gəlir.

Əgər hər hansı bir yolla Günəşin atmosferindən daimi olaraq maddə oğurlaya bilsəniz, kütləsi yavaş-yavaş azalacağı üçün mərkəzi bir az "rahatlayacaq", dolayısı ilə enerjisindən daha uzun müddət istifadə edə biləcək. Yəni Günəşin enerjisindən qıtaraq onun daha çox yaşamasını təmin etmək olar. Təbii, bunun metodları hələ elmə məlum deyil. Ancaq onun səthindəki partlayışları şiddətləndirib sayını artırmaq mümkün olsa, bunun faydası ola bilər.

Bunu da xatırlatmaq lazımdır ki, ulduzun səthindən oğurlanan maddələr onun kütləsinə kəskin şəkildə təsir etməyəcək. Çünki ulduzun kütləsinin böyük bir qismi onun nüvəsində toplanıb.

Hidrogenin mərkəzə doğru çökməsini təmin etmək

Günəşin bir müddətdən sonra mərkəzdə istifadə edəcəyi hidrogen qalmayacaq. Dolayısı ilə hidrogenin yanmasından gələn şüalanma təzyiqinin yox olması ulduzun nüvəsinin çökməyə başlaması deməkdir. Ulduz çökdükcə mərkəzdəki istilik daha da artacaq. Ancaq bu istilik mərkəzdə toplanan heliumu yandırmadan öncə onun ətrafındakı bir qabıqda toplanan hidrogeni yandıracaq (düzdür, hidrogen tamamilə bitmir, yalnız biz qismi heliuma çevrilir). Yəni mərkəz istiliyi heliumu yandıracaq səviyyələrə çatmadan öncə asan bir şəkildə hidrogeni yandırır. Ancaq bu da bir müddət davam edəcək. Ən nəhayətində nüvə daha da çökərək heliumu yandıracaq səviyyəyə çatacaq. Bu nöqtədən sonra qərarsızlıqlar başlayacaq və addım-addım sona doğru gediləcək.

Hiderogenin yanması bitsə də, hidrogen bitməyəcək. Hidrogenin çox böyük bir qismi ulduz üzərində varlığını qorumağa davam edir. Əgər bir şəkildə bu hidrogenin mərkəzə çökməsini təmin edə bilsəniz, mərkəz istiliyi çox yüksək səviyyələrə çatıb ulduzun tarazlığını pozmadan öncə hidrogeni yandıraraq idarə etməyi təmin edə bilərsiniz.

Bunu bir də belə xəyal edə bilərsiniz: əlinizdə çox uzun bir fitil var və ucu bir bombaya bağlıdır. Ancaq bu fitil bombaya yaxın yerdən yanır. Qığılcımlar bombaya çatmadan öncə yanmayan fitili bomba ilə qığılcımın arasına salmanın bir yolunu tapmalısınız.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldu azarkeşə milyon dollar qazandırdı - VİDEO
Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin