Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27153
az

Hərbi xidmətə çağırış dayandırıldı

18:4924 Mart, 2020
861
DÜNYA
  • A

Qazaxıstanda hərbi xidmətə yaz çağırışı və bir il xidmət edən əsgərlərin tərxis edilməsi dayandırılıb.

Oxu24.com-un Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda  informasiya və ictimai inkişaf naziri Dauren Abayev danışıb.

“Müdafiə Nazirliyi fövqəladə vəziyyət tətbiq edilməsi ilə əlaqədar olaraq 2019-cu ilin yazında hərbi xidmətə çağırışı və  əsgərlərin tərxis edilməsini dayandırıb”. Abayev brifinqdə belə deyib.

Koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət rejimi Qazaxıstanda martın 16-dan etibarən qüvvədədir. Ölkə ictimai asayişin qorunmasını gücləndirib, kütləvi tədbirlərə qadağa tətbiq edib və iri ticarət obyektlərinin işini məhdudlaşdırıb. Əyləncə mərkəzləri, kinoteatrlar, teatrlar, sərgilər və kütləvi izdihamlı digər obyektlər müvəqqəti bağlanıb. Qazaxıstan ərazisinə giriş-çıxışda məhdudiyyətlər var. Dövlət sərhədinin buraxılış məntəqələrində, dəmir yolu vağzallarında və hava limanlarında sanitariya-epidemioloji rejim gücləndirilib.

Hal-hazırda Almatı və Nur-Sultan karantindədir.

Məhz bu iki şəhərdə koronavirus infeksiyası halları ilk dəfə qeydə alınıb.

Qazaxıstanda 18-27 yaş arası 16 mindən çox gəncin hərbi xidmətə çağırılması planlaşdırılırdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Hindistan Rusiyadan 4 milyard dollara Voronej radarını alacaq
Ukrayna yüz minlərlə mərmi və minlərlə raket alacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı