Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
27024
az

ÜST: Əhalini evdə qalmağa çağırmaq yetərli deyil

14:4423 Mart, 2020
579
DÜNYA
  • A

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa dövlətlərini koronavirus pandemiyasına qarşı mübarizədə ictimai həyata məhdudiyyətlər tətbiq etməklə kifayətlənməməyə çağırıb. Qeyd edilib ki, bu məhdudiyyətlər virusun yayılmasının qarşısının alınması üçün yetərli deyil, testlərin sayı artırılmalıdır.

Oxu24.com  AZƏRTAC-a istinadən xəbər verir ki, təşkilatın sağlamlıqla bağlı fövqəladə hallar proqramının rəhbəri Mayk Rayen bu fikirləri BBC-yə müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda əsas diqqət infeksiyaya yoluxmuş şəxslərin müəyyənləşdirilməsinə və onların təcrid edilməsinə yönəldilməlidir. İctimai həyata tətbiq edilən məhdudiyyətlərin problemli tərəfi ondan ibarətdir ki, ciddi tibbi tədbirlər görülmədikdə, qadağalar aradan qaldırılan kimi virus yenidən yayılmağa başlayacaq.

Çin, Sinqapur və Cənubi Koreyada olduğu kimi, həyata keçirilən testlərin sayının artırılmasını tövsiyə edən ÜST rəsmisi deyib:

“Əgər biz yoluxma hallarının sayını azalda bilsək, o zaman virus üzərində qələbə çala bilərik. Hazırda bütün Avropa ölkələri sosial məsafə və əhalinin mümkün qədər evdə qalması prinsipinə üstünlük verirlər.

Virusla bağlı testlər yalnız konkret şübhə olduğu halda həyata keçirilir. Bu, həm testlərin azlığı, müvafiq avadanlığın çatışmazlığı, həm də bu testləri yoxlayacaq laboratoriyaların çox olmaması ilə izah edilir”.

M.Rayen sadalanan faktları nəzərə alaraq, virusa qarşı peyvənd hazır olanadək məsələyə realist yanaşmanın vacib olduğunu vurğulayıb.

O bildirib ki, indiyədək ÜST üzv dövlətlərə 1,5 milyon test göndərib, lakin mövcud tələbat bu miqdardan 80-100 dəfə artıqdır. Əgər bütün şübhəli halların müayinəsi aparılsa, o zaman virusun yayılmasının qarşısını almaq mümkün olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO