Tovuzun yeni icra başçısı Məmməd Cahangir oğlu Məmmədov "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsindən istefa verib.
Oxu24.com Unikal.org-a istinadən xəbər verir ki, onun yerinə "AQRO Kimya" MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.
Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.
Günün təklif olunan videosu Oxu24.com
ŞƏRHLƏR