Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26918
az

Ərdoğan Türkiyə xalqına müraciət edib: “Evinizdən çıxmayın”

02:2022 Mart, 2020
618
DÜNYA
  • A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqına müraciət edib.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsindən yayılan görüntülü müraciətdə R.T.Ərdoğan İslam aləminin mübarək Merac gecəsi münasibətilə xalqını təbrik edib və bildirib ki, yeni növ koronavirusla mübarizədə dövlətin bütün müfafiq qurumları, xüsusilə Türkiyə səhiyyəsi bütün heyətilə 24 saat xalqın xidmətindədir: “Bununla əlaqədar öz adımdan, həmçinin ailəm və xalqım adından Türkiyə səhiyyə işçilərinə təşəkkür edirəm”.

R.T.Ərdoğan dövlətin xalqın sağlamlığı üçün verilən xəbərdarlıqlara, tövsiyələrə intizamla əməl etməyin vacibliyini vurğulayıb: “Ölüm riski yaş yüksəldikcə çox artır, evinizdən çıxmayın. 65 yaşdan yuxarı və xroniki xəstəliyi olanların xüsusilə evdən kənara çıxmalarına əməl etmələri vacibdir. Bu məsələnin ən çox məsuliyyət daşıyanı olaraq və doktorlarımızdan aldığımız tövsiyələrə istinad edərək sizlərdən xahişim dövlətin xəbərdarlıqlarından kənara çıxanları bu məsələyə riayət etmələrinin vacibliyinə inandırmaqdır.

Ölənlərimizə baxdığımız zaman xəbərdarlıqlarımızın nə qədər həyati əhəmiyyət daşıdığını görürük. Bu çətin günləri inşallah birgə əzmimizlə dəf edəcəyik”.

Prezident koronavirusla mübarizədə Türkiyənin dövət olaraq həm tibbi, həm də insan həyatı üçün zəruri olan digər vasitə və məhsullarla təminatında heç bir problemin olmadığını da vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yarış zamanı kəllə-beyin travması alan idmançı öldü

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi
Zelenski-Tramp görüşü: Müharibə hələ bitməyəcək... -YENİLƏNDİ

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO