Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
269
az

Azərbaycanlı boksçunun qanını tökdülər

09:4905 Aprel, 2018
1904
KRİMİNAL
  • A
Bakının Nəsimi rayonu ərazisində boks üzrə Azərbaycan çempionu bıçaqlanıb.


1992-ci il təvəllüdlü Abdullayev Tamerlan Namiq oğlu iaşə obyektlərinin birində öz doğum gününü qeyd edib. Həmin vaxt o, restoranda tanımadığı şəxslə mübahisə edib və restorandan bayıra çıxarılaraq bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

T.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq. çəki dərəcəsində gümüş medal qazanıb. İdmançı, o cümlədən 2013-cü il boks üzrə Avropa çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq. çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb. (Report.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı