Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2687
az

Azərbaycan Səhiyyəsini şoka salacaq olay: -

11:1108 İyun, 2018
4471
TİBB
  • A
 Azərbaycan səhiyyəsini dünyada məşhurlaşdıracaq daha bir xoşagəlməz olay yaşanıb. Ürəyinə damar tıxanması səbəbindən bir neçə stend qoyulan 50 yaşında bir vətəndaşımız iki gündən sonra müayinə üçün yenidən əməliyyat olunduğu xəstəxanaya aparılıb.

Həkimlər bildiriblər ki, hər şey qaydasındadır və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib. Pilləkənlərlə aşağı düşərkən xəstənin halı qəflətən pisləşib və təkrarən qolundan tutub həkimlərin kabinetinə çatdırıb yerdə uzadıblar. Xəstəni təkrar müayinə edən həkimlər onun artıq dünyasını dəyişdiyini bildiriblər.

Beləliklə, Bərdəyə həmin şəxsin ölüm xəbəri verilib və "cənazə"ni təcili yardım maşını ilə rayona aparıblar. Rayonda yas çadırı qurulub və məzar yeri qazılıb. Amma xoşbəxtlikdən bu zaman kimsənin ağlına gəlməyən bir olay baş verib. Yolda silkələnmədən və ya hansısa naməlum səbəbdən "meyit" dirilib və "məni hara aparırsınız" sualı verərək hamını şoka salıb.

Beləliklə, xəstəni Bərdə rayonuna aparıblar və dəvət olunmuş həkimlər - kardioloq və nevropatoloq onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Qeyd edək ki, xəstənin adı-soyadı və olayın paytaxtın hansı xəstəxanasında yaşandığı barədə Moderator.az-da dəqiq məlumat var. Amma hələ ki, bu barədə ətraflı məlumat verilməsini məqsədəuyğun hesab etmirik. Ümid edirik ki, Səhiyyə Nazirliyi məsələyə reaksiya verəcək və yalnız bundan sonra oxucularımıza əlavə maraqlı məlumatlar verəcəyik.

Günün təklif olunan videosu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Dəhşətli partlayış kameraya düşdü
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin       qarşısı        alındı