Martın 19 və 20-da Bakı - Balakən və Bakı - Böyükkəsik istiqamətində qatarlar işləyəcək.
Oxu24.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QÇS-nın mətbuat katibi Natəvan Bayramova “Səni axtarıram” verilişinə canlı yayıma telefonla bağlanaraq məlumat verib.
“19-20 mart tarixlərində çoxsaylı istəkləri nəzərə alaraq Bakı – Baləkən və Bakı – Böyükkəsik istiqamətinə yalnız bir tərəfə qatarların gedişinə icazə veriləcək. Qatarlar Bakıya boş qayıdacaq”, - deyə o, bildirib.
Qeyd edək ki, qatarların hərəkətinin 29 martda bərpa olunacağı gözlənilir.
Oxu24.com
ŞƏRHLƏR