Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində tapılan meyitin kimliyi məlum olub.
“Oxu24.com”un Qərb bürosunun məlumatına görə, Qırmızı Samux adlanan ərazidə tapılan meyit polis tərəfindən axtarışda olan 1967-ci il təvəllüdlü Kəlbəcər rayonundan məcburi köçkün olan Firuddin Əlif oğlu Ələsgərova məxsusdur.
Faktla bağlı araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR