Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
265
az

Həzm sistemində başlayıb beyində bitən xəstəlik – ƏLAMƏTLƏRİ

23:3804 Aprel, 2018
1858
MARAQLI
  • A
2 aprel Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Əsrin geniş yayılmış xəstəliklərindən sayılan autizm hazırda ölkəmizdə də olduqca geniş hal alıb. Autizm barəsində valideynlərin məlumatının az olması onun zamanında aşkar və təyin olunmasının qarşısını alır. Və nə qədər gec müraciət edilirsə, uğurlu nəticənin alınması da bir o qədər gecikir və çətin olur.

Oxu24.com autizm haqqında ətraflı məlumatı diqqətinizə çatdırır.

Autizmli uşaqlar normal inkişafa malik uşaqlardan görünüş etibarilə heç fərqlənməsələr də, psixi inkişaf baxımından onlardan kəskin surətdə fərqlənirlər. Autizm 3 yaşından əvvəl başlayan və ömür boyu davam edən, uşağın sosial adaptasiya və ünsiyyət qurma bacarıqlarını, beyin inkişafını ləngidən bir narahatlıqdır. Bu, qızlara nisbətən oğlanlarda daha çox rast gəlinir. Autizm öncələr düşünüldüyü kimi, sevgi və diqqət azlığından, ünsiyyət əskikliyindən, ya da uşağın keçmiş həyatı ilə bağlı psixoloji travmalarından qaynaqlanmır. Xəstəliyin səbəbi sinir sisteminin inkişaf pozuntusudur.


Autizmin əlamətləri:

Bu əlamətlər yüngül və ağır formada təzahür edir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilir. Bundan başqa bu tip davranışlar bir çox fərqli səbəblərlə ortaya çıxaraq inkişafına uyğun olmayan şəkildə insanları aldada bilir.

- Göz kontaktı zəifdir, ya da yoxdur.

- Ətrafda baş verənlərə qarşı laqeyddir.

- Həddindən artıq hərəkətli, ya da hərəkətsiz olur.

- Adıyla çağıranda reaksiya vermir.

- Ətrafdakıların ona toxunmasını xoşlamır (öpmə, qucaqlama və s).

- Yumor bacarığı yoxdur.

- Çeynəmə və üfləmə hərəkətləri hədsiz zəifdir.


- Səbəbsiz olaraq ağlayır, gülür, özünə hər hansı bir xəsarət yetirir.

 

- Əsasən autiklərdə nitq çox zəifdir. Bəzən heç olmur, olsa da məqsədyönlü istifadə edilmir.

- Təkrara çox yer verir. Davamlı olaraq eyni oyunları oynayır və s.

Autizmli uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki, onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə, bəzilərində isə geriliyə bilir. Məsələn, bəzi autik uşaqlar rəngləri çox böyük dəqiqliklə seçib mürəkkəb naxışları qura bildikləri halda, özünəxidmət vərdişlərinin öhdəsindən gələ bilməməkdə, əmr və tapşırıqları yerinə yetirməkdə böyük çətinlik çəkirlər. Bəziləri isə özlərini maraqlandıran sahələr üzrə ensiklopedik biliklərə belə, malik olurlar.

 

Yenə də bu metodikalar o prinsipə əsaslanır ki, bilik və bacarıqlar yalnız bilavasitə ünsiyyət olduğu zaman aşkara çıxa bilər. Autist uşaqların digər uşaqlardan da çox ünsiyyətə ehtiyacı var. Ünsiyyət bacarığı pozulmuş bu uşaqlar sadəcə olaraq bilik və bacarıqlarını nümayiş etdirə bilmirlər. Bu uşaqlardan bəhs ediriksə, nəzərə almaq lazımdır ki, onların hamısı inkişafın və xarakterinin özünəməxsusluğuna malikdirlər.

 

Qeyd edək ki, son tədqiqatlar nəticəsində autizmin həzm sistemində başlayıb beyində bitən bir xəstəlik olduğu müəyyənləşdirilib. Bu səbəbdən də autizmli uşaqların qida rasionunun düzgün təşkil olunması vacib şərtdir. Düzgün təşkil olunmuş qida rasionu və pəhrizlə autizm əlamətlərində ciddi şəkildə azalmaları müşahidə etmək mümkündür.

Bir qism alimlər bu qənaətə gəlib ki, autizmli uşaqların müalicəsində ilk növbədə kazeinsiz və qlütensiz pəhrizə başlamaq lazım gəlir. Qlüten un məmulatlarının, kazein isə süd və süd məmulatlarının tərkibində olan zülaldır. Bu pəhriz autizmli uşaqların üçdə ikisində çox effektli nəticəyə malik olur. Autizmli uşaqların qida rasionundan buğda, yulaf, arpa və süd məhsullarını çıxarmaq lazımdır. Normal insanlarda tərkibində qlüten və kazein olan maddələr yaxşı həzm olunduğu halda, autistlərdə bu maddələr birbaşa endorfin halında qana keçir. Bu maddə narkotik maddələrlə oxşarlıq təşkil edir, nəticə etibarilə autizmli uşaqlarda qəribə davranışlara və yaxın ətrafına qarşı aqressivliyə səbəb olur. Bundan əlavə, qanda endorfinin olması ağrı hissiyatını azaldır və nəticədə autizmli uşaqlar möhkəm yıxıldıqları halda ağlamır, sanki ağrı hissi duymurlar. Autizmli uşaqların böyük əksəriyyətində tərkibində kazein və qlüten olan qida maddələrinə bağlılıq olduğu müəyyənləşdirilib.


Əziz valideynlər, heç bir zaman ümidinizi itirməyin, özünüzə və çox şey edə biləcəyinizin mümkünlüyünə inanın. Bunun üçün doğru zamanda doğru addım ataraq ailənin, cəmiyyətin, psixoloq, pedaqoq və loqopedlərin köməyi ilə əl-ələ verərək bu problemə sinə gəlin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Astmanın dərmanı: şam qozasının mürəbbəsi - HAZIRLANMA QAYDASI
Çayın dəmlənilmə və içilmə qaydası
Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır” – FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ