İtaliya koronavirusla mübarizədə böyük itkilər verir. Avropa dövlətində son bir sutkada virusdan rekord sayda insan ölüb.
Bizimyol.info xəbər verir ki, dünəndən bəri İtaliyada epidemiyaya görə 250 insan həyatını itirib. Ölənlərin ümumi sayı 1266-ya çatıb. Epidemiya yayılandan heç bir ölkədə bir gündə bu qədər böyük itki qeydə alınmamışdı.
Sutka ərzində daha 2547 nəfərdə virus aşkarlanıb. İndi İtaliyada 17 min 660 virus daşıyıcısı var.
Ölkənin əksər şəhərlərində karantin elan olunub. Paytaxt Romada aptek və mağazalardan başqa bütün obyektlər bağlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu dəqiqəyə qədər dünyada 142 min 791 nəfər virusa yoluxub. 5374 nəfər həyatını itirib.
Oxu24.com
ŞƏRHLƏR