Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26398
az

Koronavirusdan ölən necə dəfn olunacaq? - NK-dan AÇIQLAMA

10:1113 Mart, 2020
443
REDAKTORUN SEÇİMİ
  • A

Ötən gün koronavirusdan ölən qadının dəfn mərasimi mütəxəssislərin nəzarəti altında keçiriləcək.

Oxu24.com   xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan mediapost-un sorğusuna cavab olaraq bildirilib.

“Çox güman ki, mərasim qapalı və məhdud şəkildə olacaq. Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər mütəxəssislərin iştirak etdiyi xüsusi komissiyanın nəzarəti ilə dəfn olunacaq. Dəfn mərasimində vəziyyətə uyğun olaraq mütəxəssislərin rəyinə əməl olunmalıdır. Mərhumun nə vaxt dəfn olunması məsələsi isə qərargahın predmeti deyil”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının koronavirusdan dünyasını dəyişib. Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya nə qədər təzminat ödəməlidir?
Təyyarənin dron görüntüləri - VİDEO
Meyitlər nə vaxt gətiriləcək?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
"Magerramoff" da    həbs     edildi