Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2639
az

Azərbaycan sərhəddində atışma - ÖLƏN VAR

19:2905 İyun, 2018
1157
KRİMİNAL
  • A
 Qusar rayonunda dövlət sərhədini pozan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Oxu24.com  xəbər verir ki, bu barədə "Report"a Qusar Rayon Prokurorluğundan məlumat verilib.

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

23 yaşlı tələbə vəfat etdi
Qardaşı
Bakıda kişi gecə saatlarında özünü asdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi