Oxu24.com xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, cütlüyün toy günü sonda arzuolunmaz qarşılaşma ilə yadda qalıb. Ümid K. adlı gənc oğlan toy gününün axşamı xarici ölkələrin birində balayına getmək üçün biletləri sifariş ediblər.
Toydan sonra hava limanına yollanan cütlük polis əməkdaşları ilə qarşılaşıb. Polislər təzə bəyin üzərində axtarış etdikdən sonra oğlanın cibindən narkotik maddə aşkarlanıb.
Buna görə də, oğlan saxlanılaraq polis şöbəsinə aparılıb. Gəlin isə sərbəst buraxılıb.
Amma buna baxmayaraq, ərinin tutulmasına görə gəlin heç kefini pozmadan balayını keçirmək üçün özü xaricə tək yollanıb. O, qabaqcadan reserv etdikləri otelə yollanıb və tək başına balayı keçirib.
Oxu24.com
ŞƏRHLƏR